İbn Xəlduna təkzib |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-11-2015, 12:13 | Şərh sayı: (0) | Baxılıb: 298
İbn Xəlduna təkzib
İbn Xəldunun Mehdi (ə.f) barədə nəql olunan hədislərə qarşı münasibətinə öz etirazın bildirən alimlərdən biri də Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbad olmuşdur. Onun bu barədə dediklərinin qısa məzmununu nəzərinizə çatdırırıq.
O, “Sünnə əhlinin gözlənilən Mehdi haqqında əqidəsi” mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:
a) Əgər Məhdi (ə.f) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş və əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı “Əl-Müqəddimə” kitabında Mehdiyə (ə.f) məxsus etdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində “cərh tədildən üstündür” demələrinin mahiyyətinin nə olduğunu heç anlamamışdır.
b) İbn Xəldun “Əl-Müqəddimə”də Mehdiyə (ə.f) ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (s) ailəsindən mütləq bir nəfər zühur edəcəkdir.
Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasını etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazmı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda, bu necə deyərlər, özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu araşdırılası və əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (s) sünnəsindən başqa bir sübutla isbat etməsi də düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.
İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməmişdən qabaq deyir: “İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik” (əl-Müqəddimə, səh.311). Hədisləri qeyd etdikdən sonra deyir: “Budur hədisçilərin Mehdi (ə.f) və onun dünyanın sonunda qiyam edəcəyi barədə nəql etdiyi hədislər”. Başqa bir yerdə isə deyir: “Hədisçilərin Məhdi (ə.f) haqqında nəql etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik” (əl-Müqəddimə, səh.327). Halbuki o, Mehdi (ə.f) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin “Əl-Ürfül-virdi fi-əxbaril Mehdi” kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin “Əl-Minarül-münəyyif” adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.
q) İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş və bəzilərinin isə sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki heç olmasa biri öz səhihlərində həmin ravilərdən hədislər nəql etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.
d) İbn Xəldun özü etiraf edir ki Məhdi (ə.f) barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir (Camiətul-İslamiyyə jurnalı, nömrə/3, 1388-ci hicri ili).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər