Camaatın bilməməzlik üzündən saxta hədis nəql etməsi mümkündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-01-2016, 09:50 | Şərh sayı: (0) | Baxılıb: 313
Camaatın bilməməzlik üzündən saxta hədis nəql etməsi mümkündürmü?
Sual: İmam Mehdi (ə.f), onun dünyaya gəlməsi və varlığı haqqında nəql olunan rəvayətlər barədə belə bir fikir söyləyənlər var ki, deyirlər:“Bu rəvayətləri bir qrup insan düzəltmiş və şiələr də bundan xəbərsiz olduqları üçün bu rəvayətləri nəql etmişlər”. Bu mümkündürmü?
Cavab: 1- Belə bir ehtimal bütün mütəvatir xəbərlər üçün işlədilə bilər. Əgər bu fikir və yol keçərli olarsa, o zaman bütün şəriət batil və puç hesab edilər, həmçinin heç bir xəbərin sübutedici qüvvəsi olmaz. 2- Əgər tutulan irad doğru sayılsaydı, Əhli-Beyt məktəbilə düşmənçilik edən şəxslər bu metoddan istifadə edərdilər və bu yolla Əhli-Beyt ardıcıllarına hücum edərdilər. Amma uzun sürən müddət ərzində bu metoddan istifadə edilməmiş və belə bir hücum müşahidə edilməmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər