İbn Xəldun və Mehdi (ə.f) barədə nəql olunan hədislər |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 26-11-2015, 11:43 | Şərh sayı: (0) | Baxılıb: 603
İbn Xəldun və Mehdi (ə.f) barədə nəql olunan hədislər
Bir çox sünni alimləri Mehdi (ə.f) barədə hədislər nəql etmişlər ki, əvvəlki yazılarımızda buna işarə etmişdik. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş və onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir:
“Əsrlər boyu bütün müsəlmanlar arasında dünyanın son vaxtlarında Peyğəmbər (s) ailəsindən bir nəfərin mütləq zühur edib dini möhkəmlədəcəyi, haqq-ədaləti bərpa edəcəyi və müsəlmanların hamısının ona tabe olacağı barədə inanc formalaşmışdır. Bu inanca əsasən, həmin şəxs bütün müsəlman ölkələrinə hakim olacaqdır. Onun adı Mehdidir (ə.f). Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlişi və s. hadisələr onun zühurundan sonra baş verəcəkdir. İsa peyğəmbər (ə) göydən enib Dəccalı öldürəcək və ya onu öldürməkdə Mehdiyə (ə.f) kömək edəcəkdir. İsa (ə) Mehdinin arxasında namaz qılacaq... “
Məşhur hədisçilərin bir qrupu, o cümlədən Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani və Əbu Yəla Mehdi (ə.f) haqqında olan hədisləri öz kitablarında bir dəstə səhabənin – Əli (ə), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildən (hədis elmindəki terminlərdir) irəlidir. Belə olduğu halda, əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür...” (əl-Müqəddimə, səh.311-312)
Sonra İbn Xəldun bu hədislərdən bir neçəsini qeyd etmişdir. Bundan başqa hədisləri söyləmiş ravilərin tərcümeyi-halını araşdıraraq və bəzilərini etibar oluna bilməyən hesab edərək deyir: “Hədisçilərin Mehdi (ə.f) və onun qiyamı barədə söylədikləri rəvayətlər budur“.
“Özünüzdə müşahidə etdik ki, onların bir neçəsi istisna olmaqla, hamısı mübahisəlidir” (əl-Müqəddimə, səh.322).
İbn Xəldunun Məhdi (ə.f) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu bu idi.
Hədis elminin mütəxəssisləri istər şiə və istərsə də sünni olsun, hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər (Ədalət carçısı, səh.30-49).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər