İncil kitabında İmam Mehdi (ə.f) |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-02-2016, 10:00 | Şərh sayı: (0) | Baxılıb: 1865
İncil kitabında İmam Mehdi (ə.f)
İncil kitablarında xilaskarın nə vaxt zühur edəcəyi bildirilirmi?
İncil kitablarından belə görünür ki, ümumdünya ədalət hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.
Həzrət İsa bu hökumətin qurulması üçün müqəddimə haqqında deyir: “Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir, amma dünyanın sonunu bildirmir”.[1]
Eyni mənbədə oxuyuruq: “Sonadək qalacaq kəs xilas olar”.[2] Deyilənlər Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur və İmam Mehdinin (ə.f) dünyanın axırlarında zühur edəcəyinə işarədir”.[3]
“Əhde-Cədid” kitabından məlum olur ki, insan övladı üçün “Allahın ərşi” kimi təbir olunan İmam Mehdinin (ə.f) hakimiyyəti bütün yer üzünü bürüyəcək. Luqa İncilində deyilir: “Gələcəkdə şərq və qərbdən, şimal və cənubdan insanlar gəlib Allahın ərşində süfrə başına oturacaq”.[4] Merqis İncilində deyilir: “Bundan öncə bütün aləmə müjdə verilməsi vacibdir”.[5]
İslami rəvayətlərdə də bu mövzuya işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Qaim bizdəndir, onun hökuməti şərqdən qərbə aləmi əhatə edəcək”.[6]
Əbu-Davud həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Allah onun (Mehdinin) dövründə müsəlmanlardan başqa bütün millətləri məhv edəcək”.[7]
Məsihilərin İncil kitablarında bəşəriyyətin xilaskarının yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:
1. İtaət – Merqis İncilində deyilir: “Hər kəs bir körpə kimi Allahın ərşini qəbul etməsə, oraya daxil olmayacaq”. Uşaq kimi dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.
2. Hökmlərə əməl – Mətta İncilində deyilir: “Hər “ya Rəbb, ya Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə əməl edənlər səmalardadır”.
3. Yoxsulluq – Luqa İncilində deyilir: “Xoş olsun halınıza, ey fəqirlər! Sizin üçündür Allahın ərşi. Xoş olsun halınıza, ey aclar! Gələcəkdə tox olacaqsınız. Xoş olsun halınıza, ey ağlayanlar! Çünki gələcəkdə güləcəksiniz”. Səma mülkü (ərşi) dedikdə zühur dövrünün nəzərdə tutulması lazımdır”.
Mətta İncilində deyilir: “İsa zeytun bağında əyləşdiyi vaxt şagirdləri onun yanına gəlib sual verdilər: “Bu hadisə nə vaxt baş verəcək, sənin gəlişinin və dünyanın sonunun əlamətləri nədir?” Suala cavab olaraq deyilir: “Tezliklə savaşların xəbərini eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir”.[8]
Başqa bir yerdə deyilir: “İnsan övladı əzəmətə çatdıqda mələklərin ona yoldaşlıq etdiyi halda ərşə oturar və bütün ümmətlər onun yanında toplanar...”[9]
Luqa İncilində deyilir: “Fərisiyyun ondan soruşdu: Allahın ərşi nə zaman gələr?” O cavab olaraq buyurdu: “Allahın ərşi qəfildən gələr”.[10]
Eyni mənbədə oxuyuruq: “Müharibələr və fitnələr haqqında eşitdikdə şikayətlənməyin. Çünki öncə bu işlər baş verməlidir. Amma bu hələ dünyanın sonu deyil”. Sonra buyurdu: “Tezliklə ümmət ümmətə, məmləkət məmləkətə qiyam qaldırar. Şiddətli zəlzələlər, aclıqlar və qəhətliklər çox yeri əhatə edər. Tezliklə dəhşətli işlər və böyük nişanələr görünər”.[11]
Dünyanın xilaskarının kim olması barədə dinlər arasında fikirayrılığı var. Hər kəs öz din başçısını həmin zühurun rəhbəri sayır. Əsas ixtilaflara nəzər salaq:
1. Səmavi müjdələr qeybi xəbər olduğundan hər bir dinin tərəfdarları təəssüb göstərərək xilaskarı öz dinlərinə aid edirlər.
2. Müxtəlif din və məktəblərin alimləri İmam Mehdinin (ə.f) şəxsiyyətini tanımadıqlarından xilaskarın onlardan olacağını düşünürlər.
Bu ixtilafın qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir:
1. Müjdələrin və müqəddəs kitablarda xilaskarla bağlı bəyan olunmuş mötəbər kəlamların fərqləndirilməsi.
2. Ehtimallara yer vermədən xilaskarın müqəddəs kitablarda bəyan olunmuş sifətlərinin araşdırılması.
3. Tarixi həqiqətlərin araşdırılması və bu həqiqətlərin müqəddəs kitablarda qeyd olunmuş sifətlərlə müqayisəsi; bu yolla xilaskarın həqiqi sifətlərinin müəyyənləşdirilməsi.
4. Başqalarının da həqiqəti əldə etməsi üçün İmam Mehdinin (ə.f) tanıtdırılması; müşahidə edirik ki, bəzi məsihilər xilaskarın İslam mənbələrindəki təsviri ilə tanış olduqdan sonra İslam və şiəliyə üz tutur, məhdəviyyət mövzusunu qəbul edirlər. Belə nümunələrdən bəzilərini nəzərdən keçirək:
1. Qazi Sabati Məsihi – Bu şəxs Peyğəmbərin (s) uyğun mövzu ilə bağlı müjdəsini araşdırdıqdan, yəhudi və məsihilərin təfsirlərindəki ziddiyyətləri üzə çıxardıqdan sonra deyir: “Nəticə budur ki, nəzərdə tutulan şəxs İslamın tanıtdırdığı İmam Mehdidir. Çünki uyğun mənbələrdə xilaskar haqqında belə deyilir: “O təkcə eşitməklə cəzalandırmır”. Bu məlumat müsəlmanların mövqeyi ilə uyğun gəlir. Onlar deyirlər ki: “Bu sifət İmam Mehdinin (ə.f) xüsusiyyətlərindəndir”. İmamiyyə şiələrinin əqidəsi budur ki, xilaskar İmam Həsən Əskərinin (ə) övladıdır, hicri 255-ci ildə dünyaya gəlmişdir, anasının adı Nərcisdir. O sonradan qeybə çəkilər və bir gün Allahın izni ilə zühur edər. Bütün bunlar həqiqətə daha yaxındır”.[12]
2. Əllamə Məhəmməd Sadiq Fəxrul-İslam – Bu şəxs öncə məsihi olmuş, sonra uzun araşdırmalar aparıb müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O, yəhudi və məsihilərə qarşı yazdığı “Ənisul-İslam” kitabında bütün müjdələrin İmam Mehdinin (ə.f) zühuruna aid olduğunu bildirir.
3. Əllamə Məhəmməd Riza Rizai – Bu şəxs öncə yəhudi olmuş, sonradan İslamı qəbul etmişdir. O, öz “Mənqule-Rizai” kitabında xilaskar müjdəsinin İmam Mehdiyə (ə.f) aid olduğunu bildirir. [13]
[1] Mətta İncili; 102
[2] Həmin mənbə, 24:103:13
[3] Əl-Ğeybət, Tusi, səh.178
[4] Luqa İncili 13:242:29
[5] Merqis İncili 13:166:10
[6] Kəmalud-din, səh.330
[7] Sünəne-Əbu-Davud, c.2, səh.319
[8] Mətta İncili, 24:102:6
[9] Mətta İncili
[10] Luqa İncili, 17:252:20
[11] Həmin mənbə
[12] Əlbərahinus-Sabatiyyə, səh.207-208.
[13] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər