Yəmən və ərəblərin zühur dövründə oynadığı rol (Araşdırma) |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-09-2015, 10:01 | Şərh sayı: (0) | Baxılıb: 1444
Yəmən və ərəblərin zühur dövründə oynadığı rol (Araşdırma)
Əhli-beyt (ə) barəsində Yəməndə İslam inqilabı və onların həzrəti Mehdinin (ə.f) zühuruna şərait yaratmaları ilə əlaqədar çoxlu rəvayətlər nəql olunub ki, onların əksəriyyətinin sənədləri səhihdir. Bu inqilab hədislərdə "hidayət bayrağı" və "həzrəti Məhdinin inqilabına şərait yaradanlar və həzrətin köməkçiləri" kimi vəsf edilib. Hətta, bəzi rəvayətlərdə Yəmənin İslam inqilabı zühur əsrində ən çox hidayət edən bayraq kimi mütləq şəkildə qeyd edilib. Həmçinin, bu inqilab Süfyaninin üzə çıxması ilə eyni zamanda və rəcəb ayında, yəni həzrəti Mehdinin (ə.f) qiyamından bir neçə ay əvvəl paytaxt Sənada baş verəcəkdir. İnqilab rəhbərinin adına gəlincə onun adı rəvayətlərdə Yəməni olaraq qeyd olunur. İmam Sadiq (ə) belə buyurur: "Qaimin qiyamından qabaq 5 əlamətin baş verəcəyi qətidir. Yəməni (inqilabı), Süfyani (xürucu), asimani nida, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi və səhrada qoşunun yerə batması". (Biharul-ənvar, cild 52 səh.204) Yenə buyurur: "... Yəməni bayrağı hər şeydən artıq hidayət edəndir. Çünki, o, haqqa dəvət edəcəkir". (Biharul-ənvar, cild 52 səh.210) Hişam ibn Həkəmdən nəql olunan rəvayətdə Yəmənini Əlini (ə) sevənlər olduğu bildirilir və həmin rəvayətdə İmam Cəfər Sadiqdən (ə) belə nəql olunur: "Yəməni və Süfyani iki müsabiqə atına oxşayır. Hər biri çalışır ki, digərindən qabağa keçsin". (Biharul-ənvar, cild 52 səh75) Təbii olaraq bu inqilab həzrət Mehdinin (ə.f) zühuruna zəmin (şərait) yaradır. Həmçinin, o həzrətin başladacağı hərəkata şərait yaratmaq və ona kömək etmək üçün Hicazda ən ümdə rolu öz öhdəsinə götürmüş olur. Rəvayətlərə nəzər salsaq, Yəmən inqilabının rəhbəri (Yəməni) daha çox təriflənir və o bu ibarələrlə vəsf edilir: "O, haqqa doğru hidayət edər", "sizi öz sahibinizə doğru çağırar, müsəlmanların ona qarşı itaətsizlik etməsi doğru deyildir və belə bir işi görən şəxs sonda cəhənnəm odunda olacaqdır". Rəvayətlərdə bu məsələ təsdiqlənir ki, Yəmən inqilabı həzrət Mehdinin (ə.f) hərəkatına iranlıların zühura şərait yaradan inqilabından daha yaxındır. Yuxarıdakı rəvayətlərdə vədəsi verilən Yəməninin və Süfyaninin zahir olması ilə eyni zamanda, yəni İmam Mehdi (ə.f) zühur ilində qiyam edəcəyi bəyan edilir. İmam Sadiqdən (ə) nəql olunan səhih sənədli digər rəvayətlərdə deyilir: "Misirli və yəmənli Süfyanidən qabaq qiyam edəcəkdir". (Biharul-ənvar, cild52 səh211) Rəvayətə əsasən, bu, birinci Yəməni olmalıdır ki, vədəsi verilmiş Yəməniyə şərait yaratsın. Hər bir halda bu şəxs kim olur olsun (1-ci və ya 2-ci Yəməni) zühurun yaxın olmasına dair işarənin üzə çıxmasıdır. Ərəblərin zühur dövründə oynadığı rola nəzər salsaq, bu rəvayətlərin bəziləri məğrib (Qərb) ölkəsinə mənsub olanlarla əlaqədardır ki, məğrib ölkələrinin Misirdə, Suriyada, İordaniyada və digər ərəb ölkələrindəki mühüm rolundan söz açılır. Bu qüvvələr İslam düşmənləri tərəfindən nizama salınan və həzrət Mehdinin (ə.f) zühuruna zəmin yaradan ərəb ölkələrində başlanan İslami hərəkatların ziddinə olan beynəlxalq "sülhməramlı" qüvvələr, yaxud ərəbçiliyi təbliğ edən Qərb qüvvələrdir. Sünni və şiə mənbələrində mövcud olan bəzi rəvayətlər ümumi şəkildə ərəb başçılarını məzəmmət edir ki, bu barədə aşağıdakı müstəfiz (ravisi 3 nəfərdən artıq olan) rəvayəti qeyd etmək olar: "Vay olsun ərəblərə (yaxud vay olsun ərəb tağutçularına), o şərdən ki, tezliklə onları yaxalayacaqdır!". İmam Sadiq (ə) bir hədisdə belə buyurur: "Qaim zühur edən zaman onunla ərəblər arasında qılıncdan başqa heç bir şey hakim olmayacaqdır". (Biharul-ənvar, cild 52, səh 355) Abdullah ibni Əbu Yəfur deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim."Vay olsun Ərəb inadkarlarına, yaxın olan bir şərdən ki onları bürüyər". ---Soruşdum: "Sənə fəda olum, həzrət Qaimin yanında ərəblərdən nə qədər adam olacaq?". -Buyurdu: "Çox az. Camaat imtahan olunmalıdır və bir-bir xəlbirdən keçirilməlidir. Çoxları sınaqdan çıxa bilmir". (Biharul-ənvar, cild 52, səh 231) Hazırladı: Elçin Həsənli Mənbə: Əli Kurani - Zühur Əsri
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər