RSS
 

Login:
Şifrə:
» » İMAM MEHDİNİN (Ə) CAHANŞÜMUL HÖKUMƏTİNDƏ HƏZRƏT İSA MƏSİHİN (Ə) İŞTİRAKI

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAM MEHDİNİN (Ə) CAHANŞÜMUL HÖKUMƏTİNDƏ HƏZRƏT İSA MƏSİHİN (Ə) İŞTİRAKI

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 8-01-2016, 12:08 | Şərh sayı: (0) | Baxılıb: 392

İMAM MEHDİNİN (Ə) CAHANŞÜMUL HÖKUMƏTİNDƏ HƏZRƏT İSA MƏSİHİN (Ə) İŞTİRAKI


İMAM MEHDİNİN (Ə) CAHANŞÜMUL HÖKUMƏTİNDƏ HƏZRƏT İSA MƏSİHİN (Ə) İŞTİRAKI


İmam Mehdinin (ə) qiyamı və cahanşümul hökumətinə inam yalnız Əhli-beyt məktəbinin ardıcıllarına – şiələrə məxsus deyildir. Müstəsnasız olaraq, bütün İslam firqələri arasında “axirəz-zaman”da İslam Peyğəmbərinin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib, dünyanı haqq-ədalətlə dolduracağı təsəvvürü vardır və İslam Peyğəmbərinin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətləri onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünnü alimləri tərəfindən çoxlu kitab yazılmışdır. Bu rəvayətlər müəyyən məzhəbə xas olmayıb, bütün İslam tədqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir.

Ümumiyyətlə, cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Başqa sözlə, imam Mehdiyə (ə) yalnız müsəlmanlar deyil, həm də digər dinlərin ardıcılları inanır, böyük dünyəvi islahatın intizarını çəkirlər. Hələ İslamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuş, hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir.

“Mehdiçilik”lə bağlı hədislərdə böyük xilaskar – imam Mehdinin (ə) zühuru zamanı Məryəm oğlu İsa Məsihin (ə) səmadan nazil olub o həzrətə iqtida edəcəyi və arxasında namaz qılacağından, cahanşümul inqilabın genişlənməsi və islahat proqramlarının icrasında o həzrətə köməkçi olacağından söz açılır. İslam Peyğəmbəri (s) və məsum imamların (ə) kəlamlarında imam Mehdinin (ə) İsa Məsihlə (ə) əlaqəsi və həmkarlığı açıq-aşkar bəyan olunur, müxtəlif şiə və sünni rəvayətlərində bildirilir ki, imam Mehdi (ə) zühur edən zaman həzrət İsa Məsih (ə) səmadan enib namazda ona iqtida edəcək.

Əbu Səid Xüdri İslam Peyğəmbərinin (s) Əhli-beytin (ə) altı spesifik xüsusiyyətinə işarə edərkən belə buyurduğunu nəql edir:

منّا مهدیُ الامهِ الذی یُصَلی عیسی خَلفَه

“Ümmətin Mehdisi bizdəndir ki, İsa onun arxasında durub namaz qılacaqdır.” (“Biharul-ənvar”, 51-ci cild, səh.91.)

O həzrət başqa bir hədisdə belə buyurur:

و منكم القائم يصلّي عيسى بن مريم خلفه إذا أهبطه اللّه إلى الأرض من ذريّة على و فاطمة من ولد الحسين‏

“Qaim (Mehdi) sizdəndir və Allah onu yer üzünə göndərəcəyi zaman Məryəm oğlu İsa onun arxasında namaz qılacaqdır. O, Əli və Fatimənin zürriyyəsi və Hüseynin (ə) övladlarındandır.” (Biharul-ənvar”, 51-ci cild, səh. 77.)

Həmçinin buyurur: “

فَیَلْتَفِتُ الْمَهْدِیُّ وَقَدْ نَزَلَ عیسی عِنْدَ الْمَنارَةِ البَیْضاءِ مِنَ الْقُدْسِ... فَیَقُولُ الْمَهْدیُّ تَقَدَّمْ صَلِّ بِالنّاسِ فَیَقُولُ: اِنَّما اُقیمَتِ الصَّلاةُ لَکَ فَیُصَلّی عیسی خَلْفَهُ وَیُبایِعُهُ وَیَقُولُ: اِنَّما بَعِثْتُ وَزیرا، وَلَمْ اُبْعَثْ اَمیرا؛

“Mehdi, İsanın Qüdsdə “Ağ minarə”nin yanında nazil olduğunu biləcək... İsaya deyəcək: “İrəli keç və camaatla namaz qıl.” İsa deyəcək: “Namaz sənə görə bərpa olunub.” O zaman İsa onun arxasında namaz qılacaq, onunla beyət edəcək və deyəcəkdir: “Mən əmir yox, vəzir göndərilmişəm.” (Qayətul-məram”, səh. 697; “Hilyətül-əbrar”, Bəhrani, 2-ci cild, səh.620.)

İbn Abbas nəql edir ki, İslam Peyğəmbəri (s) dünyanın şərq və qərbini əhatə edən imam Mehdinin (ə) cahanşümul hökumətindən söz açaraq buyurur:

المهدی یملاها قسطا وعدلا کما ملئت جورا و ظلما الذی بعثنی بالحق نبیا لو لم بیق من الدنیا الا یوم واحد لا طال الله ذالک الیوم حتی یخرج فیه ولدی المهدی فتنزل روح الله عیسی بن مریم (ع) فیصلی خلقه و تشرق الارض بنوربها و یبلغ سلطانه المشرق و المغرب

“Mehdi yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq. Məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, əgər dünyanın qurtarmasına bir gün qalmış olsa belə, Allah-Taala həmin günü övladım Mehdini qiyam edəcəyi vaxta qədər uzadacaq. O zaman Məryəm oğlu İsa Ruhullah yer üzünə enib onun arxasında namaz qılacaq, Allahın nuru yer üzünə saçacaq, qüdrət və hakimiyyəti şərq və qərbi bürüyəcəkdir.”

İmam Baqir (ə) də buyurur:

...تطوی له الارض و تظهر له الکنوز و یبلغ سلطانه المشرق و المغرب و یظهر الله عزوجل به دینه و لو کره المشرکون. فلا یبقی فی الارض حزاب الّا عمر و ینزل روح الله عیسی‌بن‌مریم فیصلی خلفه؛

“...Yer onun (Mehdi) üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-Taala müşriklərin xoşuna gəlməsə də, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olacaq, Məryəm oğlu İsa Ruhullah enib onun arxasında namaza duracaq.” (“Biharul-ənvar”, c.52, səh.91.)

Qurani-Kərim və İncilə əsasən, səmaya qalxmış İsa Məsih (ə) tarixin sonunda yerə enəcək.

Yuhənna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam. (“Əhdi-cədid”, Yuhənna İncili, səh.339.)

Qurani-Kərimin “Ali-İmran” surəsinin 46-cı ayəsində İsa Məsih (ə) haqqında belə buyurulur:

وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً

“O (İsa) beşikdə və qoca vaxtında insanlarla danışar.”

Məlum olduğu kimi, həzrət İsa Məsihin (ə) göyə qalxdığı vaxt 33 yaşı var idi. Təfsir alimlərinə görə, onun qoca yaşında insanlarla danışması səmadan enəcəyinə işarədir.

“Nisa” surəsinin 157-159-cu ayələrində də belə buyurulur:

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا

“Biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük” demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa öldürüldü). Həqiqətən, onun barəsində fikirayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər. Əksinə, Allah onu (diri halda) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir. Kitab əhlindən (yəhudi və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin. O da qiyamət günü onlara şahid olacaqdır.”

Ümumiyyətlə, bu üç ayədə İsa Məsih (ə) haqda üç əsas məsələyə toxunulur:

1. İsa Məsih (ə) öldürülməmiş və çarmıxa çəkilməmişdir;

2. İsa Məsihi (ə) səmaya qaldırılmışdır;

3. Kitab əhli ölümündən qabaq İsa Məsihə (ə) iman gətirəcəklər.

Təfsir alimləri də bu ayələrə əsaslanaraq, İsa Məsihin (ə) dünyanın axırlarında səmadan nazil olacağı və kitab əhlinin ona iman gətirəcəyini qeyd etmişlər.

Məsihilər dünya əhalisinin böyük bir hissəsini təşkil etdiyindən İsa Məsihin (ə) səmadan nazil olması və imam Mehdiyə (ə) iqtida etməsi onların imam Mehdiyə (ə) təslim olması ilə nəticələnəcək. Həm də İsa Məsihin (ə) imam Mehdinin (ə) cahanşümul hökümətinin təşkilində iştirakı və məsihilərin imam Mehdiyə (ə) tabe olması və o həzrətə iman gətirməsi ilə qələbəsi daha tez gerçəkləşəcək və yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaqdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor