Məhdəviyyət mövzusunun təsirləri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-01-2016, 17:30 | Şərh sayı: (0) | Baxılıb: 365
Məhdəviyyət mövzusunun təsirləri
Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?
Cavab: Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var. Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...[1]
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. İmam Mehdinin (ə.f) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə, İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.[2]
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri İslami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.[3] İnsan İmam Mehdinin (ə.f) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi və ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü və ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib, İmamın (ə.f) zühuru üçün zəmin yaradaq.
6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.
İslam Peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir”.[4]
Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.
Beləliklə, məhdəviyyət mövzusu qeyb əsrində şiələrin vəzifələrindəndir. [5]
[1] “Əl-Məhdiyyul-muntəzər”, səh.214.
[2] “Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, səh.57.
[3] Həmin mənbə.
[4] “Şərhe-Məqasid”, c.5, səh.239.
[5] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər