Zərdüştilər kimi xilaskar sayır? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-02-2016, 10:45 | Şərh sayı: (0) | Baxılıb: 2279
Zərdüştilər kimi xilaskar sayır?

“Camasibnamə” kitabında zərdüştilər haqqında deyilir: “Haşimilər nəslindən cüssəli bir şəxs zühur edər, cəddinin dini və böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa edər”.[2]
Həmin kitabda İslam Peyğəmbərinin (s) nübuvvəti müjdə verildikdən sonra deyilir: “Peyğəmbər qızının nəslindən bir şəxs xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam Peyğəmbərinin (s) yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti Qiyamət gününədək davam edər...”[3]
Avestanın şərhi olan “Zənde-Bəhmən” kitabında zərdüştün dilindən belə nəql olunur: “Suşyansın zühurundan öncə yer üzünü yalan, dinsizlik, açıq-saçıqlıq bürüyər. İnsanlar Allahdan uzaq düşüb zülm və fəsada uğrayarlar. Bu dəyişikliklər dünyanı qarışdırar və xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var: Səmada qəribə hadisə baş verər və bu hadisə zühur nişanəsidir. Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”[4]
Yenə də “Zənde Bəhmən Yəsən” kitabında oxuyuruq: “Bundan sonra Suşyans” dünyanı paklayar və sonra Qiyamət qopar”.[5]
Həmin kitabda deyilir: “Suşyans sonuncu gələn kəsdir və Zərdüşti xilas edər”.[6] [7]
[1] “Bəşarətul-əhdeyn”, səh.237-238.
[2] “Bəşarətul-əhdeyn”, səh.243-244.
[3] “Bəşarətul-əhdeyn”, səh.273
[4] “Camasibnamə”, səh.25
[5] “Zənde Bəhmən Yəsən”, səh.19
[6] Həmin mənbə, səh.150
[7] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər