“Tövbə” surəsində İmam Mehdi (ə.f) haqqında ayələr |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 12-10-2015, 11:46 | Şərh sayı: (0) | Baxılıb: 2233
“Tövbə” surəsində İmam Mehdi (ə.f) haqqında ayələr
Qurani-Kərimdə “Tövbə” surəsinin 32-33-cü ayəsində Allah-Taala belə buyurur: “Onlar Allahın nurunu ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”
Quran müfəssirləri bu ayəni İmam Mehdi (ə.f) ilə əlaqədar təfsir etmiş və bu ayənin İslam dininin bütün dinlər üzərində qalibiyyəti dönəminə aid olduğunu qeyd etmişlər. Təəssüf ki, çağdaş zəmanəmizdə bu halı müşahidə edə bilmirik. Ancaq bu vədin Allaha aid olduğu üçün gerçəkləşəcəyi qətidir. Buna baxmayaraq, İslam dini dünyada kifayət qədər nüfuza sahibdir. Belə ki, Avropa, Amerika, Afrika, Avstraliya ölkələrində özünə yer etmiş İslam dini İmam Mehdinin (ə.f) zühuru zamanı insanların seçdiyi yeganə dinə çevriləcəkdir.
“Məcməul-Bəyan” kitabının müəllifi mərhum Şeyx Təbərsi öz təfsirində İmam Muhəmməd Baqirdən (ə) bir hədis qeyd etmişdir. Hədisdə deyilir ki, bu ayədə verilən vəd Ali-Muhəmməddən olan Mehdinin (ə.f) zühuru ilə gerçəkləşəcəkdir. Həmin gün yer üzündə Muhəmmədin (s) haqlı olduğunu etiraf edənlərdən başqa heç kəs olmayacaqdır.
Şeyx Səduq “Kəmalud-Din” kitabında İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə bu ayənin İmam Mehdiyə (ə.f) aid olduğu qeyd edir. Hədisə əsasən, İmam Mehdi (ə.f) qiyam etdikdə yer üzündə Allahı inkar edəcək heç bir şəxs olmayacaqdır.
Yəhya Abdulla
imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər