Hindu ayinlərində xilaskar kimdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-02-2016, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 1519
Hindu ayinlərində xilaskar kimdir?

”Şakomuni” kitabında deyilir: “Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq”.[2]
Hindu kitablarından olan ”Vişn-cok” kitabında yazılır: “Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir”.[3]
Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir”.[4]
“Upanişad” kitabında deyilir: “O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar”.[5] [6]
[1] Malil Hind, səh.321.
[2] Bəşarətul-əhdeyn, səh.242.
[3] Həmin mənbə, səh.72.
[4] “Bəşarəte-zühur”, səh.18.
[5] “Upanişad”, səh.737.
[6] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər