İmam Mehdinin (ə.f) Zülqərneynlə oxşar cəhətləri |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 18:58 | Şərh sayı: (0) | Baxılıb: 582
İmam Mehdinin (ə.f) Zülqərneynlə oxşar cəhətləri
1. Zülqərneyn bütün dünyaya hakimlik etmişdi:
"Həqiqətən, Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq." (Kəhf surəsi, ayə-84)
Hədislərə əsasən, Hz. Mehdi də (ə.f) bütün yer üzünün hakimi olacaq. Tarixi mənbələrə görə, dörd nəfər bütün dünyanın hökmdarı olmuşdur. Onlardan ikisi mömin, ikisi isə kafirdir. Mömin hökmdarlar – Süleyman ibn Davud və İskəndər (Zülqərneyn), kafir hökmdarlar isə Nəmrud və Buxtunnəsrdir. Dünyaya hakim olacaq beşinci şəxs isə bu ümmətdən (müsəlmanlardan) olacaqdır. Çünki Allah-Taala buyurur: " ...bütün dinlərə qalib etmək üçün göndərən Odur” (Tövbə surəsi, ayə-33) O, Mehdidir (ə.f). (əl-Qurtubi, “əl-Cami li-Əhkam əl-Quran”, c.11 s.47)
Əhli-sünnə alimlərindən olan Əs-Səxavi də öz kitabında Kəbul Əhbardan belə nəql edir:
"Mən keçmiş peyğəmbərlərin kitablarından Mehdi haqqında oxumuşam. Onun hökumətində heç bir zülm və eyib yoxdur. Zülqərneyn və Süleyman ibn Davudun (ə) dünyaya hakim olduğu kimi, o da dünyanın hakimi olacaq."
2. Zülqərneynə qeybi köməklər olunmuşdur.
"Kəhf" surəsinin 84-cü ayəsi eynilə bu məsələyə də şamildir. Belə ki İmam Zamana da (ə.f) qeybi vasitələrlə kömək olunacaq.
3. Zülqərneyn bütün yer üzünü gəzib.
Əmirəlmöminin Əli (ə) Həzrət Mehdi (ə.f) haqqında buyurmuşdur: O, (Həzrət Mehdi) hər yerə üz tutacaq, Zülqərneynin fəth etdiyi elə bir şəhər olmayacaq ki, Mehdi (ə.f) oraya daxil olub oranı islah etməsin. (Şeyx Əli əl-Yəzdi əl-Hairi, "İlzam ən-Nasib" c.2, s.261)
4. Zülqərneyn uzun müddət qeybdə olub sonradan aşkara çıxmışdır.
"Ey Əhməd ibn İshaq, onun (Mehdinin) bu ümmətlə bağlı əhvalatı Xızr (ə) və Zülqərneynin əhvalatı kimidir. And olsun Allaha, İmam Mehdinin (ə.f) elə bir qeyb dövrü olacaq ki, imamətində sabitqədəm, zühurun tezləşməsi üçün dua edən şəxslərdən başqa hamı həlak olacaqdır. (Şeyx Əli əl-Kurani, "Möcəm əhadis əl-İmam əl-Məhdi", c.4, s.267)
5. Zülqərneyn uzunömürlü olmuşdur.
Əhli-kitabın bəzi mənbələrinə görə, Zülqərneyn üç min il yaşamışdır. (İbn Əsakir, "Tarixi-Mədinəti- Dəməşq" c.17, s.361)
Tövratda Zülqərneynin üç min il yaşadığı qeyd olunmuşdur, lakin müsəlman mənbələri onun iki min beş yüz il yaşadığını qeyd edir. (Sibt ibn əl-Cövzi, "Təzkirət əl-Xəvass", s.364; Şeyx Hüseyn əl-Kuraninin "Qeyb dövrünün mədəniyyəti" kitabından, s.25)
Bütün bu qeyd olunanlar göstərir ki, Həzrət İmam Mehdinin (ə.f) Zülqərneynlə oxşar cəhətləri vardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər