Məsihilər kimi xilaskar sayır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 29-02-2016, 09:47 | Şərh sayı: (0) | Baxılıb: 1934
Məsihilər kimi xilaskar sayır?

Müqəddəs kitabda oxuyuruq: “Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm”.[1]
Mətta İncilində deyir: “Həzrət İsa bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”[2]
Həzrət Məsihin kəlamlarında “insan övladı” təbiri tez-tez gözə dəyir. Mətta İncilində deyilir: “Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar”.[3]
Kitabın başqa bir yerində deyilir: “Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir”.[4]
Eyni mənbədə oxuyuruq: “Hazır olun, onu gözləmədiyiniz saatda insan övladı gələcək”.[5]
“İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə yox, İmam Mehdiyә (ə.f) aid olduğunu göstərir:
a) Yuhәnna İncilində həzrət Məsihin dili ilə deyilir: “Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var”.[6]
b) Mətta İncilində deyilənlərdən aydın olur ki, “insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm ona tabe olacaq.[7]
[1] Əhdi-Cədid, səh.205
[2] Mətta İncili, 9:62:35
[3] Əhde-Cədid, Mətta İncili, səh.82-84
[4] Həmin mənbə, səh.104
[5] Həmin mənbə, 24:105:44
[6] Həmin mənbə, Yuhanna İncili, səh.317.
[7] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər