Həzrət Mehdini (ə.f.) bütün dünya gözləyir! (Araşdırma) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 18:32 | Şərh sayı: (0) | Baxılıb: 582
Həzrət Mehdini (ə.f.) bütün dünya gözləyir! (Araşdırma)
İnternetdə bir neçə saytdan haqqında məlumat toplayaraq siz əzizlərə təqdim edəcəyim movzu barədə dünyanın bu qədər həssas olduğunu bəlkədə çoxumuz bilmirdik. İslamı, onun dostlarından dəfələrlə çox düşmənlərinin daim diqqət mərkəzində saxladıqlarını, əsas dəyərləri məhv etməyə çalışdıqlarını və bu yolda hər zadlarından keçməyə hazır olduqlarını, proqram töküb "yoxetmə" əməliyyatını həyata keçirmək istədiklərinin bir çoxumuz bilmirik. Amma, Allah da öz vədəsində qətidir. Necə ki, Quranın Saff surəsinin 8-ci ayəsində buyurur: "Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır."
Dünyada fərqli dinlər, hər dinin fərqli məzhəbləri, məzhəblərin də fərqli ayinləri var. Amma bütün dinlərin bir neçə ortaq nöqtələri var ki, bunlardan da əsası "İntizar" məsələsidir. Sizə təqdim olunan bu araşdırmada dünyanın fərqli dinlərinin müqəddəs kitablarında intizarında olduqları son xilaskarın xüsusi əlamətlərinə açıq aydın işarə olunub:
1. Hindlilərin müqəddəs saydıqları "Did" adlı kitabda yazılmışdır: "Zamanın sonunda "Mənsur" adlı padşah zühur edərək dünyanı öz ixtiyarına alacaq, hamı onun dinini qəbul edəcək və O, insanların rəhbəri olacaq. O, mömin insanları kafirlərdən ayıracaq və Allah onun bütün arzularını həyata keçirəcək".
2. "Şakamani" kitabında İmam Zamanın (ə) zühuru zamanı bütün dinlərin birləşib vahid din olacağına işarə olunur: "İki dünya aləminin seyyidi “Kəşn”in (Hindu kitablarında İslam peyğmbərinin (s) adı) övladlarından biri dünyaya hakim olacaq, Şərq və Qərb dağlarına fərman verəcək, buludlara süvar olacaq, mələklər onun əmrində duracaq və cinlər, insanlar onun xidmətində dayanacaqlar. O zaman Allahın dini vahid din olacaq, O, Allahı tanıyacaq və adı Ayağa qalxmış (Qaim) olacaqdır". (Ədyan və Məhdəviyyət)
3. "Vaşnşuk” adlı digər bir kitabda yazılıb: "Sonda dünya Allahı sevən, Onun sevimli, seçilmiş bəndəsinin ixtiyarına keçəcəkdir".
4. Zəburda isə bu barədə belə yazılıb: "O, insanların ədalətli hakimi olacaq, asiman şad olub, yer sevinəcək. Dəryalar təlatümə gələcək, səhralar yaşıllaşacaq, meşələr gözəlləşəcək. Çünki o, dünyanı idarə etmək üçün gəlir".
5. Həzrət Mehdinin (ə) dövləti haqqında "Patikl" kitabında yazılıb: "Günün ömrü sona yetər, köhnəlmiş dünya təzələnər. Çünki, dünya rəhbərinin (Hz. Məhəmməd (s)) və onun böyük canişini "Peşn"in (İmam Əli (ə)) övladlarından biri bu yer mülkünün sahibi olacaqdır. Həqiqətən O, Ramın (Allahın) xəlifəsi olaraq hökm verəcək və çoxlu möcüzələr göstərəcəkdir. Onun dininə pənah aparan şəxs amanda qalacaqdır". (Ədyan və Məhdəviyyət)
6. Zərdüştlər və "Xilaskar"ın zühuru
Zərdüştlərin müqəddəs saydıqları "Cəmasəbnamə" kitabında yazılmışdır: "Ərəb dünyasından, Haşim övladlarından bir kişi zühur edəcəkdir. Uzun qədd-qamətlidir, babasının dinində olacaq. Böyük bir ordu ilə İrana üz tutacaq, yer üzərində ədaləti bərpa edəcək. O zaman yırtıcı heyvanlar da bir-birləri ilə ünsiyyət tapacaq" (Bəşarəte-Mehdiyyin).
7. "Zənd" adlı kitabda böyük bir zəfər haqqında belə yazılıb: "O zaman Allah tərəfindən böyük bir zəfər gözlənilir. Əhrimənlərin yer üzərindəki iqtidarı devrilərək sona yetəcəkdir. Allahın qələbəsi və əhrimənlərin məhv olmasından sonra sama əhli səadətə qovuşacaq və Adəm (ə) övladları xoşbəxtlik taxtında əyləşəcək". (Bəşarəte-Mehdiyyin).
8. "Cəmasəbnamə" kitabında Zərdüşt tərəfindən İslam peyğəmbəri (s), İmam Mehdi və digər şəxslərin rəcəti (Qiyamət günündən qabaq Allahın izni ilə müəyyən şəxslərin dirilib dünyaya qayıtması) haqqında belə nəql edilir: "Ərəb peyğəmbəri ilahi canişinlərin sonuncusu olaraq, Məkkə dağları arasında zühur edəcəkdir. Öz ümməti ilə birgə yemək yeyəcək, hər şeydən agah olacaq, onun dini bütün dinlərin üstünü, kitabı isə bütün kitabları batil edəcəkdir. Əcəmə hakim olacaq, Məcus və Pəhləvi dinlərinə son qoyacaqdır. Atəşkədələr sönəcək, "Pişdadilər", "Kəyanilər" və "Sasanilərin" ruzigarı sona yetcəkdir. Peyğəmbərin qız övladlarından biri cahanın günəşi və zamanın sahibi olacaqdır. Yaxşı və pis insanların bir qismi diriləcəkdir" (Ədyan və Məhdəviyyət)
9. "Hiyuquq-nəbi" kitabında isə belə qeyd edilib: "Həmişə intizarda ol, onun gəlişi gecikməyəcək. O, bütün ümmətləri bir yerə yığacaq".
10. İncildə isə bu barədə belə deyilir: "Güman etmədiyiniz bir zamanda İnsan oğlu zühur edəcəkdir. Elə isə gəlişinə hazır olun" (Matta incili, bab: XXIV, ayə 40-45)
"Merqes" İncilində isə "İnsan oğlu" haqqında yazılmışdır: "O zaman insan oğlunun qüdrət və əzəmətlə gəlməsinin şahidi olacaqsınız". (Merqes incili, bab: xıı, ayə 27)
"Yuhənna" incilində belə qeyd edilmişdir: "Onun gəlişindən öncə iman gətirin. O zaman mən sizinlə olmayacağam və dünya rəhbərinin gəldiyi vaxt sizə heç bir yardımım yetişməyəcəkdir". (Yuhənna incili, bab: xlv, ayə 30) /azadxeber/
Elçin Həsənov
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər