RSS
 

Login:
Şifrə:
» » Prezidentin tənqidinə reaksiyaların ortaya çıxardığı həqiqət

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Prezidentin tənqidinə reaksiyaların ortaya çıxardığı həqiqət

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:45 | Şərh sayı: (0) | Baxılıb: 751

Prezidentin tənqidinə reaksiyaların ortaya çıxardığı həqiqət


Prezidentin tənqidinə reaksiyaların ortaya çıxardığı həqiqətElxan Şahinoğlu: “Müxalifət liderləri davranışları və aralarındakı ixtilaflarla dövlət başçısını haqlı çıxarırlar”
Prezident İlham Əliyevin ötən həftə Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə diqqətçəkən məqamlardan biri hazırkı müxalifət liderlərinin ünvanına tənqidi fikirlər səsləndirməsi oldu.
İlham Əliyev bildirib ki, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti böyük bəla idi: “Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular.

İkincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə, bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz.

Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə-1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir".

Məlum olduğu kimi, AXC-Müsavat iqtidarının Milli Məclis sədri İsa Qəmbər, baş naziri Pənah Hüseyn, dövlət katibi Əli Kərimli olub. Ölkə başçısının ad çəkməsə də, onları nəzərdə tutduğu aydındır. Qeyd olunan siyasətçilər və onlara yaxın şəxslər mediada, sosial şəbəkədə prezidentin bir neçə cümləlik fikirlərinə ard-arda, hətta iri həcmli yazılarla cavab veriblər.
Pənah Hüseyn qeyd edib ki, əgər 2016-cı ildə prezident İlham Əliyev 23 il əvvəl, 1992-93-cü illər iqtidarına qarşı əks-təbliğata ehtiyac duyub onu şəxsən özü başladırsa, deməli, iqtidarın vəziyyəti düşünüldüyündən də ağırdır.



P.Hüseyn bildirib ki, AXC-Müsavat iqtidarı tarixi fenomen olaraq ona münasibətdə ən çətin, subyektiv, tənqidi dövrü arxada qoyub və hər yeni gün tarix baxımından onun xeyrinə işləməkdədir: “Mövcud iqtidar belə bir sınaqdan necə çıxacaqdır, ümumiyyətlə, çıxa biləcəkmi? Bu məsələni yenə tarixin öhdəsinə buraxaq...Ticarət ümumiyyətlə peyğəmbərimizin savab saydığı peşələrdəndir və ölkədə yüz minlərlə adam bu işlə məşğul olub ailəsinə halal çörək qazanır. Ancaq tutaq ki, qarpız satmışam, nə olsun? Mən tam səmimi deyirəm, hətta sovet dövrünün son illərindəki qıtlıq dövründə belə mən nə iri, nə xırda ticarətlə, o cümlədən qarpız alveri ilə məşğul olmamışam, bunu etməyə ehtiyacım olmayıb. Yenə tam səmimi deyirəm ki, yaşadığımız bu böhranda ailəmi, nəvələrimi halal çörəklə təmin etmək naminə, ehtiyac yaransa, başqa bir şey əlimdən gəlməsə onu da edərəm və bundan utanc yox, şərəf duyaram”.

İsa Qəmbər isə özünün facebook səhifəsində yazıb: “Bu gün biz-Milli Strateji Düşüncə Mərkəzi gələcəyə-2018-ci ilə baxdıq, İlham Əliyev keçmişə-1992-ci ilə baxdı. Olsun. Keçmiş də, gələcək də bizimdir!”



Əli Kərimliyə yaxın media orqanlarında isə ölkə prezidentinə kəskin cavablar yazılmaqla yanaşı, onu AXCP sədri ilə debata dəvət ediblər.

Bəzi ekspertlərin fikrincə, müxalifət düşərgəsindən bir neçə cümləlik tənqidi fikrə bu qədər reaksiya adekvat deyil. Prezidenti bütün il boyu sərt tənqid edən, ağır ittihamlar ünvanlayan siyasi liderlər ildə bir dəfə bir-iki cümlədən ibarət tənqidə “qonaq” edilir. Müxalif liderlər buna bunca əndişəli cavablar verirsə, tənqidə dözümsüz olduqlarını ortaya qoymuş olurlar.
Müstəqil siyasi ekspert Elxan Şahinoğlu prezidentin rəqib siyasi qüvvələri tənqid etməsinin siyasi mübarizə olduğunu bildirdi və qeyd etdi ki, bütün dünyada bu baş verən haldır: “Prezidentin nəzərdə tutduğu siyasi liderlərin və onlara yaxın adamların bir çıxışa verdiyi reaksiyalar, cavablara gəlincə, hesab edirəm ki, bir neçə cümlədən ibarət tənqidi fikrə bu qədər hay-küylü reaksiya dözümsüzlükdən irəli gəlir.



Düşüncəmə görə, daha məqbul variant bu idi ki, həmin siyasi liderlər mətbuat konfransı çağıra və gənclərlə bir görüş keçirərdi və hakimiyyətdə olduqları bir il ərzində həyata keçirdikləri işlər, uğurlarla bağlı çıxış edərdi. Sonra da gənclərin suallarına cavab verilərdi və indiki vəziyyətdən çıxış yolları göstərilərdi. Bu, olardı prezidentin tənqidi çıxışına sanbalı adekvat cavab. Dövlət başçısı tənqid etdiyi şəxslərin hakimiyyətdə olanda və sonrakı müddətdə bir-biriləri ilə yol getmədiyini də dedi. Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gün onun Novxanıdakı abidəsinin önünə hər partiyanın, hər siyasi liderin ayrı-ayrılıqda getməsi, hətta bu cür gündə də birgə tədbirə qatılmamaları məgər yaxşı haldır?

Həmin siyasi liderlər bu cür davranışları və bəzən aralarındakı ixtilaflarla dövlət başçısını o fikirlərində haqlı çıxarırlar. Prezident deyir ki, bunlar öz aralarında yola getmir. Baxsaq görərik ki, bəzi müxalifət liderləri həqiqətən heç öz aralarında yola getmirlər. Hakimiyyət də bu vəziyyətdən çox ustalıqla istifadə edir. Siyasi liderlər müəyyən addımları ilə prezidenti müəyyən qədər haqlı çıxarırlar. Yalnız sosial şəbəkədə status yazmaqla çox da irəli getmək olmaz. Siyasi liderin əsas işi status yazmaqdan ibarət deyil. Siyasi liderin insanları öz ətrafında toplamaq cazibəsi olmalıdır, bölgələrə gedilməlidir, isti evdə və ofisdə oturub gözləməklə dəyişiklik baş verməz".

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor