RSS
 

Login:
Şifrə:
» » Müxalifətin Zəlimxan Yaqub “dərdi”...

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Müxalifətin Zəlimxan Yaqub “dərdi”...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:03 | Şərh sayı: (0) | Baxılıb: 531

Müxalifətin Zəlimxan Yaqub “dərdi”...


Müxalifətin Zəlimxan Yaqub “dərdi”... Sabir Rüstəmxanlı: “Ona qarşı münasibət tərbiyəsizlikdir”; Mehriban Vəzir: “Ölümümüz qınaqlarımızı bizimlə aparmır...”
Bəzi müxalif düşüncəli şəxslər yanvarın 9-da həyatdan köçən xalq şairi Zəlimxan Yaqubu sosial şəbəkələrdə tənqid atəşinə tutdular. Bir növ Z.Yaqubu ölümündən sonra siyasi mövqeyinə görə “məhşər ayağı”na çəkirlər...

Hətta iş o yerə çatıb ki, siyasi qurumların rəhbərliyinə daxil olan funksionerlər belə qara piar kampaniyasının iştirakçısına çevriliblər. Ortaya atılan əsas arqument isə mərhum şairin hakimiyyəti, hazırkı iqtidarın keçmiş və indiki rəhbərini mədh edən şeirləridir. Onun 2013-cü ilin mayında Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeir sanki unudulub. Z.Yaqubun ölümündən sonra “Məhəmməd Əmin kişi” şeirini paylaşanlar isə iddia edirlər ki, həyatının sonlarına yaxın şair bu tərzdə şeir yazmaqla, günahlarını yumaq istəyib. Günahları nədir? Hakimiyyəti tərif etməsi, məlum şəxslərin şəninə şeirlər həsr etməsimi?!
Ümumiyyətlə, Z.Yaqubun tənqidlərə məruz qalması bir məsələni yenidən aktual etdi. Bəziləri “mənim kimi düşünməyənlər düşmənimizdir” siyasətindən hələ də ayılmayıblar. Kiminsə onların rəqibini tərifləməsi bu düşərgə daxilində ən böyük qəbahət sayılır. Partiya fəalları torpağı belə soyumayan mərhum şairi ələ salır, tənqid, hətta dozanı aşaraq təhqir edirlər. Hansı ki, bu adamlar öz liderləri haqda ən fantastik iddialar səsləndirir, partiya sədrlərinə yaltaqlanır və hətta onları bütləşdirirlər. O zaman bir sual meydana çıxır: Zəlimxan Yaqubun kimisə siyasi lider kimi qəbul etməsi nədən qəbahətdir?

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Z.Yaqubla bağlı aşağılayıcı məlumatlar paylaşanları “tərbiyəsiz” adlandırdı: “Azərbaycan müxalifəti ilə xalq arasında uçurum yaradan, müxalifəti xalqın gözündən salan səbəblərdən biri də bu tipli şəxslərin ziyalılarımızın xidmətlərini düzgün qiymətləndirməməsidir. Savadsız, elmdən bixəbər olduqlarına görə kütlə psixologiyası ilə ziyalılara qısqanclıqla yanaşıblar. Bunun üçün də ziyalı ilə müxalifət arasında daim anlaşılmazlıq olub. Eyni amil hakimiyyət daxilində də var. Təəssüflər olsun ki, Azərbaycan ziyalılarının çoxu həm aşağıdan, həm də yuxarıdan daim vurulub. Halbuki bu millət üçün həmin ziyalılar böyük işlər görüblər. Zəlimxan Yaquba qarşı bəlli münasibət tərbiyəsizlikdir. Hər kəsin seçim haqqı var. Kim kimi tərifləyirsə, kiməsə lider gözü ilə baxırsa, kiminsə ünvanına şeirlər həsr edirsə, bu onun şəxsi işidir. Necə olur ki, müxalifəti tərifləyəndə yaxşı olursan, tənqid edəndə pis. Əgər müxalifət millətin halını düşünərsə, təbii ki, mən də istərəm ki, ziyalılar onların yanında olsunlar. Amma kimin-kim olmadığı zamanda, xalq arasında sevilən, böyük işlər görən, özü də ölkəmizdən kənarda olan Borçalının adını qoruyan, yaşadan, həyatdan köçmüş bir şəxs barədə bu tərzdə ifadələr işlətmək tərbiyəsizlikdir. Bu barədə sosial şəbəkələrdə də fikirlərimi ifadə etmişəm. Zəlimxan Yaqub haqqında mövqeyim orada açıq şəkildə görünür”.

Yazıçı-publisist Mehriban Vəzir tamam fərqli düşünür. O hesab edir ki, hər bir fikrə hörmətlə yanaşmaq lazımdır: “80-cı illərin sonlarında ölkəmizdə inqilab başlayanda, insanların şüurlarında da inqilab baş verdi. İnsanlar yeni düşüncə ilə dövlətə, rəhbərliyə yanaşmağa başladılar. Tənqidi baxış gücləndi. Bu hal uzun müddət Azərbaycanda davam etdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra durum tamamilə dəyişdi. Sovet dövründə olan hakimiyyətdəkilərin tərif istəkləri meydana gəldi. Bu dövrdən çıxmış şəxslərin düşüncəsi 80 dərəcədə dəyişmişdi. İnsanlar hakimiyyətdəkilərin tərifini qəbul etmirdilər. Amma həmin vaxt yeni tendensiya yarandı. Rəhbərlikdə olan şəxslərin tərifi kütləvi hal aldı. Sovet dövrünün məşhur yazıçı, şairləri bu prosesin önündə durmağa başladılar. Şüurumuz yenidən əski dövrə qayıtdı. Zəlimxan Yaqub və digər şairlər prosesin önündə durdular.

Mən AzTV-də işləmişəm və bu prosesin önündə gedənləri görmüşəm. Prezident Aparatından nələrin tələb olunduğu və Yazıçılar İttifaqının bu tələblərə verdikləri cavabları görmüşəm. Ona görə də düşünürəm ki, kiminsə sözlərindən incimək lazım deyil. Zəlimxan Yaqub dünyasını dəyişib. Onun barəsində məşhur insanlar müsbət yöndə mövqelər bildirirlər. Amma əksini deyənlər də var. Mənim üçün önəmli olan hər iki tərəfin danışmaq hüququnun olmasıdır. Ölümümüz qınaqlarımızı bizimlə aparmır. O, yer üzündə insanların yaddaşlarında qalır. 50 ildən sonra bizi tanımayanlar yaradıcılığımıza baxıb qiymət verəcəklər. Amma şəxsiyyətimizlə tanış olan müasirlərimiz bizə tamam başqa cür qiymət verəcəklər. Deyilənləri anlayışla qəbul etmək lazımdır. Xüsusilə mətbuat qəbul etməlidir ki, insanlar fikirlərini açıq şəkildə söyləməlidir. Azad sözün ağzını qapamaq lazım deyil. Kim Zəlimxan Yaqubun yaradıcılığını mənfi qiymətləndirirsə, danışmaq hüquqi olmalıdır. Eləcə də onu dahi kimi qələmə verənlərin bu hüquqları tanınmalıdır”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor