Müxalifət liderləri hansı maşınlarda gəzirlər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 14:37 | Şərh sayı: (0) | Baxılıb: 243
Müxalifət liderləri hansı maşınlarda gəzirlər?
Prezident İlham Əliyev məmurları Azərbaycanda yığılan Lifan maşınlardan xidməti avtomobil kimi istifadə etməyə çağırıb.
Təxminən 1 il əvvəl modern.az saytı müxalifətçilərin hansı maşınlardan istifadə etməsilə maraqlanmışdı.
Saytın əməkdaşı keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyni tez-tez Bakı metrosundan istifadə edən görüb. Pənah Hüseyn deyib ki, şəxsi avtomobili yoxdur.
Sayt digər müxalifətçilərin də maşınları ilə maraqlanıb.
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə altı ildir «Nissan X-Trail» markalı avtomobil idarə etdiyini deyib.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər «Mercedes-Benz Panorama» avtomobilinə malikdir.
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı «Mercedes-Benz E-klass» avtomobilindən istifadə edir.
Milli Şuranın sədri Cəmil Həsənli «KIA Sportage» maşını idarə edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xidməti maşını «Mazda CX-9» avtomobilidir.
Neft Daşları
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu «Toyota Land Cruiser Prado» avtomobili idarə edir.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin «Mercedes» markasından olan avtomobil sürdüyü deyilir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc beş ildən çoxdur ki, «Mercedes C Klass» avtomobildən istifadə etdiyini deyib. Qiyməti maksimum 10 min manat civarındadır.
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayıl bildirib ki, avtomobili özü idarə etmir. Partiyanın «Mercedes» markalı maşını var. Avtomobili sürücüsü idarə edir.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan istifadə etdiyi bir neçə avtomobil markasının adını çəkib: «Mercedes», «Daewoo», «Shizutetsu». Amma hamısı da avtobusdur. «Niyə avtomobil almırsınız» sualına Əvəz Temirxan belə cavab verib: «Mən müxalifətdəyəm».
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət «Nissan Teana» avtomobilində gəzir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 15 ildir «UAZ» markalı avtomobil idarə etdiyini deyib. Nə zaman dəyişəcəyinə gəlincə isə, buna maddi imkanı olmadığını deyib.
VHP sədri, deputat Sabir Rüstəmxanlının «Lexus 470» avtomobili var».
azadlig.org
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər