Pənah Hüseyn: "Bu, təxribatdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:33 | Şərh sayı: (0) | Baxılıb: 185
Pənah Hüseyn: "Bu, təxribatdır"
Partiya sədri KXCP və AXP barədə məlumata münasibət bildirib
AXP sədri Pənah Hüseyn KXCP və AXP arasındakı danışıqlarda partiyalar birləşdikdən sonra sədr məsələsinin müzakirə edilməsi barədə gedən məlumata münasibət bildirib.
O, saytımıza açıqlamasında qeyd edib ki, həqiqətən də musavat.com-un əməkdaşı tərəfindən ona bu məzmunda sual verilib. Lakin o, həmin informasiyanı cəfəngiyyat adlandırıb.
Həmçinin, əlavə olaraq deyib ki, belə bir məsələ müzakirəyə çıxarılardısa, hər halda o, sədr vəzifəsinə Mirmahmud Mirəlioğlunu görür.
“Bildirmişəm ki, lakin inteqrasiya hədəfi indiki mərhələdə ilkin müzakirələrdə yalnız strateji hədəflərdən biri kimi, ideya kimi qeyd olunub. İndiki məqamda sədr və digər detallar ümumiyyətlə, gündəmə gətirilməyib. Heç müqavilə belə, imzalanmayıb. Əgər həqiqətən hansısa mənbə bu barədə KİV-ə informasiya ötürübsə, bu, adıçəkilən iki partiya arasındakı əməkdaşlıq danışıqlarını pozmaq məqsədi daşıyır, təxribatdır”, - deyə P.Hüseyn vurğulayıb.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər