"Taliban" üzvləri sülh danışıqlarına razılıq verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:14 | Şərh sayı: (0) | Baxılıb: 253
"Taliban" üzvləri sülh danışıqlarına razılıq verib
"Taliban" terror hərəkatının bəzi qruplaşmaları Əfqanıstan və Pakistan nümayəndələrinin gələn həftədən başlatmaq istədikləri sülh prosesində iştirak etməyi planlaşdırırlar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, eyni zamanda, taliblər hətta öz nümayəndələrini göndərsələr belə, bu bütün hərəkatın deyil, ayrı-ayrı qrupların mövqeyini əks etdirəcək.
Taliblərin komandirlərindən biri bəyan edib ki, hazırda danışıqlara hazırlıq gedir və görüşdə iştirak edəcək namizədlər seçilir.
Əfqan məmurlarının bildirdiyinə görə, görüşlərin qrafikinə taliblərin iştirakı daxil deyil, lakin onlar qrupların müəyyən mərhələdə danışıqlara qoşulma ehtimalını istisna etmirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər