İmam Mehdinin (ə.f) ordusu |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2016, 11:58 | Şərh sayı: (0) | Baxılıb: 2533
İmam Mehdinin (ə.f) ordusu
İmam Muhəmməd Baqir (ə) uzun bir rəvayətin gedişində İmam Mehdi (ə.f) barədə belə buyurmuşdur: ثـم لا یـخـرج مـن مـكـة حـتـى یـكـون فـى مثل الحلقة قال الراوى : فما الحلقة ؟ قال : عشرة الآف … Sonra halqa şəklində olmayana qədər Məkkədən çıxmayacaq. Rəvayət edən soruşdu: «Bəs halqa nədir?» Dedi: «On min (yəni on min nəfərdən ibarət bir çevrə ki, onlar məğlubedilməz iman, agahlıq və igidliyə malikdirlər)». İmam Sadiqdən (ə) soruşdular: كـم یـخـرج مـع القـائم ؟ فـانـهـم یـقـولون : انـه یـخـرج مـعـه مثل عدة اهل بدر، ثلاثمائة و ثلاثة عشر رجلا فـقـال عـلیـه السـلام : مـا یـخـرج الا فـى اولى قـوة و مـا یـكـون اولو قـوة اقل من عشرة الآف Qaimlə birlikdə neçə nəfər qiyam edəcək? Bəziləri deyirlər ki, onunla birlikdə Bədr əhlinin sayı qədər 313 nəfər qiyam edəcək. İmam (ə) cavab verdi: «O, (Məkkədən böyük bir hərbi) qüvvə ilə çıxacaq. Qüvvə on min nəfərdən aşağı olmayacaq». Yuxarıda qeyd olunan «halqa» sözü barədə yalnız bu məna qeyd edilmişdir ki, onlar on min nəfərdən ibarətdir. Amma ümumi məfhumə diqqət etsək anlayarıq ki, bu məfhumları qeyd edərkən nəzərdə tutulan çoxsaylı qoşun böyük bir kütlədir ki, onların imanları sarsılmaz və böyük bir agahlığa malikdirlər. Onlar İmamın (ə.f) qoşunu hesab edilirlər. Amma İmamın (ə.f) əsas tərəfdarlarının imtiyaz və xüsusiyyətlərinə malik deyillər. Lakin onlar Məkkədə İmamı (ə.f) dəstəkləyəcək və onun bayrağının altında toplaşacaqlar. Bəli, İmam (ə.f) Məkkədən bu sayda agah və imanlı fədakarlarla çıxacaqdır. İmam (ə.f) Kufəyə doğru istiqamət aldığı və orada bir müddət qaldığı zaman milyonlarla insan ona beyət edəcək və onu əziz tutacaqlar. Buna baxmayaraq, biz İmamın (ə.f) əzəmətli ordusunun başçıları, saysız-hesabsız agah və imanlı tərəfdarlarını nəzərimizə gətirə bilmirik. Amma deyə bilərik ki, hidayət və nicat mehvəri olan o böyük şəxsiyyətə iman gətirən şəxs İmamın (ə.f) ordusunun üzvlərindən hesab edilə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər