İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (üçüncü hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 12:15 | Şərh sayı: (0) | Baxılıb: 393
İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (üçüncü hissə)
İmamın adının çəkilməsi barədə mövcud iki nəzər
İmamın əsl adının çəkilməsini haram və icazəli hesab edən iki məhşur nəzər mövcuddur:
1. İmamın əsl adının çəkilməsinin təhlükə olduğu zaman təqiyyə üzündən haram olması.
Seyid Mürtəza, Fazil Miqdad, Mühəqiq Hilli, Əllamə Hilli, Seyid ibn Tavus, Muhəqiq Ərbili, Feyz Kaşani, Şeyx Hürr Amili və Xacə Nəsrəddin Tusi kimi şiənin böyük alimlərinin bir qrupu bu nəzəri dəstəkləmişlər.[1] Hürr Amili “Kəşfüt-təmiyə fi hikəmut-təsmiyə” kitabında bu mövzu barədə nəql olunan hədisləri toplamış və İmamın əsl adının çəkilməsininin yalnız təqiyyə üzündən haram olmasını qeyd etmişdir. “Vəsailüş-şiə” kitabında da bu mövzuda hədisləri “Babun tuhrimu təsmiyətul-Məhdi (ə.f) və sairul-Əimmə (ə) vəzkurhum vəqtut-təqiyyə və cəvazun zalik mə ədəmul xəvf” fəslində toplamışdır. [2]
2. İmamın zühurundan öncə əsl adının çəkilməsinin haram olması.
Şiə alimlərindən bir çoxu bu nəzərə üstünlük vermişlər. Mühəqqi Damad “Şəriətut-təsmiyə fin-nəhyi ən təsmiyəti Sahibəz-zaman” kitabında bütün şiə alimlərinin bu fikirdə olduğunu qeyd etmişdir.[3] Lakin bu iddia həqiqətə uyğun deyildir. Çünki yuxarıda bu nəzərə müxalif olan alimlərin adlarını qeyd etdik. Həmçinin Mühəddis Cəzairi “Şərhul Uyun” kitabında da İmamın (ə.f) əsl adının çəkilməsinin haram olması nəzərini bir çoxlarına aid etmişdir.[4] Mühəddis Nurinin nəzərini də dəstəkləmiş və onun üçün arqumentlər də qeyd etmişdir. [5]
[1]Vasəilüş-şiə, c/11, səh/493, Hürr Amili İmamın (ə.f) adını çəkmiş alimlərin adını qeyd edir. Bu alimlər bəlkə də hədis nəqlinə görə İmamın (ə.f) adını çəkmişlər.
[2]Vəsailüş-şiə, c/11, səh/458.
[3]Müstədrəkül-vəsail, c/12, səh/288.
[4]Müstədrəkül-vəsail, c/12 səh/288.
[5]Müstədrəkül-vəsail, c/12, səh/286.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər