Şiəlik İmam Baqir (ə) dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 7-01-2016, 00:30 | Şərh sayı: (0) | Baxılıb: 2896
Şiəlik İmam Baqir (ə) dönəmində

1. Şiələr hər il Məkkədə, Həcc mərasimi zamanı İmamla (ə) əlaqə yarada bilirdilər. Bu, adətən Məkkədə,ya da Məkkədən qayıdarkən Mədinədə gerçəkləşirdi. İraq əhalisinin Mədinəyə İmamın (ə) yanına getməsi yasaqlanmışdı.
2. Bu dövrdə şiələrin ən böyük problemlərindən biri "ğülat” problemli idi. Bu qruplaşmanın sayı hər keçən gün artırdı. İmam (ə) onları özlərindən uzaqlaşdırdıqdan sonra İmamın (ə) səhabələri də onları özlərindən kənarlaşdırdılar. Qabaqcıl "ğali”lərdənMüğeyrə ibn Səid və Bəyan ibn Səmanı imamın (ə) səhabələri tərəfindən təkfir edildilər. Digər firqələr əmələ heç bir əhəmiyyət vermədikləri halda İmam Baqir (ə) şiələri əməlisaleh olmağa sövq edirdi. Bir çox şiələr mövcud sıxıntı vət əzyiqləri görüb İmamın (ə) İraqa gələrək qiyam etməsini gözləyirdilər. Lakin İmam (ə) təqiyyə ilə davranırdı. Elə buna görə də onların bəziləri İmam (ə) haqqında tərəddüdə düşürdülər. İmamət haqqında onlara lazımi məlumatlar çatmırdı. Nəticədə bəziləri İmamın (ə) qardaşı Zeydə iman gətirib parçalandılar. Zeydin İmam Baqirdən (ə) yeddi il öncə vəfat etməsinə baxmayaraq, bu parçalanma sonrakı dövrlərdə də özünü göstərdi və çoxlu sayda şiələr arasında inkişaf etdi.Əməvilərə qarşı müxalifət şiədaxili ixtilafları xeyli miqdarda azaltmişdi. Lakin onlara qarşı siyasi təzyiqlərin azalması ilə yanaşı Qülat məsələsi getdikcə öz əhəmiyyətini artırmağa başladı. Belə ki, İmam Sadiqin (ə) dönəmindəki başlıca problem Qülatməsələsi hesab edilirdi. Əməvi təzyiqləri yalnız Ömər ibn Əbd əl-Əzizin hakimiyyəti dönəmindən (h.c. 99-110) başqa bütün dönəmlərdə şiddətlə davam etdirilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər