Cəfər İmam Mehdinin (ə.f) doğulmasını inkar etmişdirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 19:46 | Şərh sayı: (0) | Baxılıb: 310
Cəfər İmam Mehdinin (ə.f) doğulmasını inkar etmişdirmi?
Sual: İmam Mehdinin (ə.f) əmisi Cəfər İmamın (ə.f) doğulmasını inkar etmişdirmi?
Cavab: Cəfərin belə bir mətləbi inkar etməsinə baxmayaraq, onun inkarı bəzi cəhətlərə görə İmamın (ə.f) doğulmasının inkarı üçün əsas hesab edilə bilməz:
İmam Mehdinin (ə.f) doğulması etibarlı dəlillərlə isbat edilmişdir.
Cəfərin məsum olmaması, əksinə, adi insanlardan biri olması, səhv və ya xəta üzündən yolunu azma ehtimalı barədə ümmət yekdil fikirdə olmuşlar. Yaqub peyğəmbərin (ə) oğullarından bəzilərinin belə bir hala düçar olmaları belə bir durumun mümkünlüyünü sübut edir.
Bəzi xəbərlərdən belə məlum olur ki, yolunu azmış və ya səhvə düçar olmuş Cəfər İmam Həsən Əskərinin (ə.f) oğlunun olmaması barədə yalançı iddialar səsləndirmişdir.
Sonda ehtiyata görə bir şeyi də qeyd edə bilərik ki, Cəfərin İmam Mehdinin (ə.f) doğulması xəbərini daşımaq qabiliyyəti olmadığı üçün İmam Həsən Əskəri (ə) oğlunu ona tanıtdırmamışdır. Buna görə də o, bu məlumatdan xəbərsiz idi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər