Seyid Hüseyninin qiyamı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 20:56 | Şərh sayı: (0) | Baxılıb: 427
Seyid Hüseyninin qiyamı
Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) zühur nişanələrindən hesab edilir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisin məzmununda deyilir ki, Seyid Hüseyni xoş simalı bir gəncdir. O, Ali-Muhəmmədə kömək göstərmək üçün Deyləm və Qəzvin diyarından qiyam edəcəkdir. Seyid uca səslə haray çəkərək insanları Ali-Muhəmmədə yardım etməyə səsləyəcəkdir. Cihada qarşı böyük şövqləri olan Taliqan kişiləri bu çağırışı müsbət qarşılayacaq və onun səsinə səs verəcəklər. Seyid Hüseyni İmam Həsənin (ə) nəslindəndir. O, nə Mehdilik iddiasındadır, nə də camaatı özünə tabe etməyə çalışır. Seyid imamət davamçısı və haqq dinə tabe olanlardandır. Onun danışıq və rəftarı Həzrət Muhəmmədin (s) dininə uyğundur. Seyidin dövründə hər yanı küfr və zülm bürüyəcək, insanlar zülmkar və günahkar insanların əlindən əziyyət çəkəcəklər. Belə bir şəraitdə Seyid Hüseyni insanları dinə yardım etmək üçün səsləyəcək və insanlar da ona dəstək verərək çağırışını müsbət qarşılayacaqlar. Uzun müddət sonra Seyid Hüseyni məntəqənin rəhbərliyini əlinə alacaq, zühurdan əvvəl İraqa – Kufəyə gedəcəkdir. O, Deyləm və Qəzvindən tutmuş Kufəyə qədər zülmkarla mübarizə aparacaqdır. Seyid Hüseyni bir müddət sonra Kufəni iqamətgah seçəcək və orada qalacaqdır. İmam Mehdinin (ə.f) zühur xəbəri ona çatdıqda, dostları ilə birlikdə Həzrətin (ə.f) hüzuruna gedəcək və İmamdan (ə.f) imamət dəlilləri və peyğəmbər mirasını istəyəcəkdir. İmam Sadiq (ə) bu haqda danışarkən bildirir ki, bu gənc İmamı tanıyacaq və onun haqlı olduğunu biləcəkdir. Sadəcə məqsədi İmamın (ə.f) həqiqətini dostları və insanlara tanıtmaq olacaqdır. İmam Mehdi (ə.f) ondan istədiyini təqdim etdikdən sonra Seyid və dostları Həzrətə (ə.f) beyət edəcəkdir. Hədisdə qeyd olunmuşdur ki, onların yanında Zeydiyyə adı ilə məşhur olan 4000 nəfər İmama (ə.f) beyət etməkdən imtina edəcəkdir. İmam Əli (ə) Həzrət Mehdinin (ə.f) qiyamdan sonra öz ordusu ilə Məkkədən İraqa hərəkət edəcəyini və Seyid Hüseyninin 12min nəfərlə Həzrətə (ə.f) qoşulacağını bildirmişdir. Hədislərə əsasən, Kufədə Həzrət Mehdiyə (ə.f) tabe olacaq dalğalanan üç bayraqdan biri Seyid Hüseyninin bayrağı olacaq və o, İmama tabe olaraq ona qoşulacaqdır. Bəzi hədislərdə Seyid Hüseyninin daha sonra İmamın (ə.f) bayraqdarı və qoşununun başçısı olacağı da qeyd edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər