İmam Mehdinin (ə.f) varlığına inanmaq vacibdirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:35 | Şərh sayı: (0) | Baxılıb: 353
İmam Mehdinin (ə.f) varlığına inanmaq vacibdirmi?
Sual: İmam Mehdinin (ə.f) doğulması və onun indiki zamana qədər yaşamasına etiqad bəsləmək imanın vacib şərtlərindəndirmi?
Cavab: İmam Mehdinin (ə.f) varlığı və onun doğulmasına etiqad bəsləmək hər zaman imamətə və höccətin varlığının vacibliyinə iman və inanc əsasındadır. Şiənin etiqadı var ki, imamət dinin əsaslarındandır və yer üzü heç zaman höccətsiz ola bilməz, belə bir əqidəyə malik olan insan İmam Mehdinin (ə.f) doğulmasına da etiqad bəsləyəcəkdir. Çünki Həzrət Peyğəmbərin (s) nəssinə[1] uyğun olaraq[2], ondan sonra olacaq imamlar on iki nəfərdir və Qiyamət gününə qədər ardıcıllıqla ümmətə imamlıq edəcəklər[3]. Həmçinin hər bir imam özündən sonra imamlıq edəcək şəxs barədə danışmış və onu tanıtdırmışdır. Tarixə nəzər saldıqda da görürük ki, şiə cameəsi İmam Mehdinin (ə.f) imamətini qəbul etmiş və bu məsələdə yekdil fikirdə olmuşlar. Bilirik ki, zəmanəsinin imamını tanımaq və ona beyət etmək bizim vəzifəmiz və boynumuzda olan göstərişdir.
Nəticə etibarı ilə bunu deyə bilərik ki, bəzi şərait və maneələr səbəbindən qeyb həyatını yaşamasına baxmayaraq, zəmanənin İmamının – Həzrət Mehdinin (ə.f) varlığı və onun doğulmasına etiqad bəsləmək zəruridir.
[1] Peyğəmbərdən (s) nəql olunan hədislər
[2] Həzrət Peyğəmbərdən (s) çoxlu sayda hədis nəql olunmuşdur ki, o həzrətdən sonra ümmətə on iki nəfər imam rəhbərlik edəcəkdir. İmamətin sübuta yetirilməsinin dəlillərindən biri də məhz budur.
[3] Bu imamlar arada fasilə verilmədən bir-birinin ardınca ümmətə rəhbərlik edir. Burada İmamın qeybdə və ya aşkarda olması şərt deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər