İmam Mehdinin (ə.f) əsri heyrət əsridirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 12:00 | Şərh sayı: (0) | Baxılıb: 360
İmam Mehdinin (ə.f) əsri heyrət əsridirmi?
Sual: İmam Həsən Əskərinin (ə) şəhadətindən sonrakı əsri heyrət[1] əsri adlandırmaq olarmı?
Cavab: Əhməd Katib deyir: “İmam Əskərinin (ə) vəfatından sonra şiə cameəsində imamət və o həzrətin (ə) oğlunun doğulması məsələsində heyrət, şəkk və tərəddüd aşkar oldu”. O, bunun qəsdindədir ki, bu mövzudan yararlanaraq İmamın (ə.f) dünyaya gəlişi mövzusunun hamılıqla qəbul olunmadığını sübut etsin.
Birincisi, sadə camaat arasında heyrət və tərəddüdün olmasının təbii bir şey olduğunu asanlıqla anlaya bilərik. Çünki ətrafı ağuşuna almış xüsusi siyasi ab-hava və həzrətin qətlə yetirilmə ehtimalı İmamın dünyaya gəlişi məsələsinin gizli qalmasına səbəb olmuşdu. Yalnız İmam Həsən Əskərinin (ə) bir dəstə xüsusi əshabı bu məsələ barədə məlumatlı idilər. Elə onların vasitəsilə də bu məsələ yayılmağa başladı.
İkincisi, İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə çaşqınlıq və üstüörtülülük İmamın (ə.f) varlığının yoxluğu deyil, əksinə onun varlığının dəlilidir. Yəni İmam (ə.f) doğulub, lakin bu prosesin gizli şəkildə olduğuna görə bir dəstə insan çaşqınlığa düşmüşdür.
Üçüncüsü, bundan əvvəl də qeyd etdiyimiz kimi, qeyb dövrünün ilkin mərhələsində bir dəstə sadə və məlumatsız insanlar çaşqınlığa düşdülər. Ancaq bir müddət keçdikdən sonra elə də çox olmayan İmamiyyə məzhəbinin böyüklərinin İmam Mehdinin (ə.f) dünyaya gəlişini ümumi camaata aydın şəkildə anlatmaq istiqamətində göstərdikləri çalışqanlıq sayəsində bütün şiə cameəsi çaşqınlıqdan xilas oldu və hamılıqla İmam Mehdinin (ə.f) imamətinə etiqad bəslədilər.
[1]Təəccüb, çaşqınlıq, heyrətdə qalma
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər