İmamın (ə.f) doğulması sirr olduğu halda onu necə qəbul edək? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:49 | Şərh sayı: (0) | Baxılıb: 281
İmamın (ə.f) doğulması sirr olduğu halda onu necə qəbul edək?
Sual: İmam Mehdinin (ə) doğulmasının sirr saxlanıldığı halda bu mövzu barədə icma və təvatürün olmasını iddia etmək mümkündürmü?
Cavab: Təvatür həddi çoxluq təşkil edən bir dəstənin xəbəri elə bir həddə verməsidir ki, onların yekdil olmalarının yalan üzərində qurulması qeyri-mümkün olsun. İmam Mehdinin (ə.f) sirli şəkildə doğulması mütəvatir xəbərin əldə edilməsi və ya tanınmasına əngəl törədə bilməz. Çünki İmam Mehdinin (ə.f) doğulması barədə İmam Həsən Əskəri (ə) və digər şəxslərdən nəql olunan çoxlu sayda hədislər vardır. Həmçinin çoxlu sayda insan İmamı (ə.f) görmək və onunla görüşmək şərəfinə nail olmuşlar. Şiələrdən bəzilərinin bu barədə fikirayrılığında olması da bu təvatürə heç vaxt zərər vura və onu şübhə altına sala bilməz. Çünki bu ixtilafın əsası İmamın (ə.f) sirli şəkildə doğulması barədədir ki, bu da təbiidir. Xüsusilə bunu qeyd etmək lazımdır ki, Həzrətin (ə.f) doğulması məsələsində müxalifətçilik edən və ya şübhə içində olan şəxslər Şeyx Müfidin təbiri ilə desək, alim və əshabın yol göstərməsi, mövzunun dəqiq yoxlanılması, həmçinin Həzrət tərəfindən möcüzələrin görünməsi ilə onun (ə.f) doğulmasını qəbul etdilər. (“Əl-fusulu-l-muxtarəh”)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər