İmam Mehdinin (ə.f) başına gələnlər əfsanədirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-01-2016, 10:50 | Şərh sayı: (0) | Baxılıb: 375
İmam Mehdinin (ə.f) başına gələnlər əfsanədirmi?
Sual: İmam Mehdi (ə.f) barəsində olan xəbərlər dolaşıq, anlaşılmaz və mürəkkəbdirmi?
Cavab: İmam Mehdinin (ə.f) varlığı və onun dünyaya gəlişi barəsində Əhli-beytdən (ə) nəql olunan hədislər, bütünlüklə müəyyən və məhdud bir şəxs barəsindədir ki, o doğulacaq və uzun sürən qeyb dövrü başa çatdıqdan sonra zühur edəcəkdir. Həmçinin imamların hər birinin İmam Mehdinin (ə.f) onların neçənci övladı olmasına işarə etdiklərini də müşahidə etmək mümkündür. Onlar qeyb dövrü, onun necəliyi və növləri, İmamın (ə.f) doğulmasının gizliliyi, camaatın çaşqınlığı barədə də söz açmışlar. Anlaşılmazlıqların bir hissəsinin cüzi olmasına baxmayaraq, belə bir mühitin yaranması təbii və həmin əsrdə siyasi repressiyaların yaratdığı şəraitin nəticəsidir. Belə bir vəziyyətin olması heç kəsə qaranlıq olmadığı halda, İmam Mehdi (ə.f) ilə əlaqədar məsələnin anlaşılmaz və dolaşıq olduğunu necə iddia etmək olar?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər