Epistemik mənşə üçün yaranmış zəminin insanların düşüncə və etiqadlarındakı təsiri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 14-01-2016, 00:05 | Şərh sayı: (0) | Baxılıb: 386
Epistemik mənşə üçün yaranmış zəminin insanların düşüncə və etiqadlarındakı təsiri
Epistemik mənşə üçün yaranmış zəminin insanların düşüncə və etiqadlarındakı təsiri Epistemik mənşə (dəlillər) barədə müzakirə zamanı əgər öncədən bu barədə məlumat və əlverişli zəmin olarsa, tutarlı dəlillər hamı tərəfindən qəbul olunacaqdır. Hazırda hermenevtikada müzakirə olunan mövzulardan biri də yerində (əlverişli şəraitdə) istifadə olunan dəlilin qəbul olunması və elə həmin dəlilin qaneedici olmasıdır. Bəzən bir dəlil hər hansısa bir şəxs üçün qəbulolunmazdır, lakin elə həmin dəlil başqa birisinin qane olması üçün kifayət edir və rahat da qəbul olunur. Məsələn, məsihiyyətin təbliğ olunmasında emosional və psixoloji yönlərdən həddən artıq çox istifadə olunur. Elə buna görə də bir çox cavanlara təsir edərək onları cəlb edə bilirlər. Lakin məlumat və bilgi yönlərini aktivləşdirən və gücləndirən bir şəxs üçün bu üsul nə cəlbedicidir, nə də təsirə malikdir. Yəni məsələnin aydınlaşmasından ötrü şərait çox mühümdür və münasib şəraitdə istifadə olunan dəlillər də təsir gücünə malikdir. Şeyx Səduq “Kəmalüd-din” kitabında İmam Mehdinin (ə.f) qeyb məsələsinin aydınlaşdırılmasında bu məsələyə xüsusi diqqət yetirmişdir. Bu kitabın çox hissəsi Quran baxımından peyğəmbərlərin qeybə çəkilməsi mövzusunu ehtiva edir. Çünki bu məsələlərin qabardılması məhdəviyyət mövzusunun araşdırılması üçün zəmin və münasib şərait yaradır. Və bu qeyd olunanların hamısı dəlil deyil, səbəbdir. Çünki peyğəmbərlərin qeybə çəkilməsi İmamın (ə.f) qeybə çəkilməsi üçün dəlil ola bilməz. Lakin bu məsələnin (qeybəçəkilmənin) qəbul olunmasından ötrü münasib zəmin yaranmasına səbəb ola bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər