Nə üçün Hz. Mehdi (ə.f) indiyə qədər zühur etməyib? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 20-12-2015, 09:59 | Şərh sayı: (0) | Baxılıb: 479
Nə üçün Hz. Mehdi (ə.f) indiyə qədər zühur etməyib?
Nə üçün bu rəhbər bu müddət ərzində zühur etməmişdir? Əgər o doğrudan da bir böyük ictimai fəaliyyət üçün hazır idisə, onda həm qısamüddətli qeyb dövründə, həm də ondan sonra indiyə qədər ictimaiyyət səhnəsində zahir olmamasına nə bais olmuşdur? Halbuki qısamüddətli qeyb dövründə ictimai inqilab etmək üçün lazım olan şərait daha asan idi və onunla ardıcılarının rabitəsi imama imkan verirdi ki, seçilmiş insanları bir yerə toplayıb öz işini bir mərhələdən başlasın. Həmçinin qısamüddətli qeyb dövrünə hakim olan qüvvələr hal-hazırda bütün elmi texnoloqi silahları ələ keçirən qüdrətlərin çatdığı mərhələyə çatmamışdı. Cavabında deyə bilərik ki, hər bir inqilabın və hər bir ictimai fəaliyyətlərin qələbəsi bir sıra xarici real şəraitlərlə bağlıdır ki, onlar yaranmadan hədəfə çatmaq mümkün deyildir. Mehdinin (ə.f) mövqe və zühur şəraitlərinin bir qismi asimani yönə malik olmasına baxmayaraq ona həvalə olunan işlərin bütünlüklə icrası xarici real şəraitlərin yaranması ilə birbaşa bağlıdır. Necə ki, bəşəriyyət cahiliyyət dövründən 5 əsr keçdikdən sonra axırıncı asimani risalət çağırışını bizim Peyğəmbərin tərəfindən eşitməsini həsrətlə gözləyirdi. Bu intizar, yəni ilahi proqramların icrası da xarici real şəraitlərin gerçəkləşməsini tələb edir. Bunlar böyük bir dəyişiklik yaradılması üçün lazım və zəruri reallıqlardır. Yaxud bu reallıqlar əlverişli mühit və ümumi münasib fəzanı, eləcə də bəzi xüsusiyyətləri, köklü dəyişikliklər yaratmaq isə həmin hadisələrin baş verməsini tələb edir. Məsələn, Leninin Rusiyada rəhbərlik etdiyi inqilabı misal vuraq. Bu inqilaba birinci dünya müharibəsi, çar imperiyasının tənəzzülə uğraması, cümlədən Leninin Rusiyanın daxilinə etdiyi səfərdə sağ qalması və inqilaba rəhbərlik etməsi və bu kimi hadislər daxildir. Əgər onun qarşısına kiçik bir xoşagəlməz hadisə çıxsaydı, inqilabın qələbə çalması çox çətin bir iş olardı. Allah-Taalanın dəyişiklik qəbul etməyən qanunları Məhdinin (ə.f) ilahi inqilabının icrasında da inqilabın dərk olunub qəbul olunması üçün real gerçəkliklərin, əlverişli mühitin, ümumi fəzanın hazırlasını tləb edir. Məhz həmin dəlilə görə İslam, peyğəmbərlərin işinin sona çatmasından neçə yüz illər keçdikdən və acınacaqlı şərait və boşluq yarandıqdan sonra zahir oldu. Allah-Taala bütün qüdrəti ilə Peyğəmbərin risaləti yolundakı maneələrin hamısını aradan götürməkdə, bu risalətin qəbul edilməsi üçün münasib şərait yaradılmasında belə bir üslubu tətbiq etmək istəmədi, əksinə insanların təkamülünə səbəb olan imtahan və sınaqları ilahi inqilabın bütün işlərini təbii şəkildə, ictimai amillər və dayaqlar əsasında yerinə yetirdi. Əlbəttə bu xüsusiyyət heç də mane ola bilməz ki, bəzən Allah subyektiv işlərə dəxalət etsin və qeyri-adi vasitlərlə onu görsün. Çünki əlverişli mühitin yaradılmasında subyektiv işlər heç də əsas rol oynamır, onlar yalnız bəzən münasib mühitdə hərəkət etmək üçün lazımdır. Allah təalanın çətin anlarda ilahi rəhbərlərə etdiyi həqiqi diqqət və köməklər məhz bu qəbildəndir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər