Seyid Mürtəza və məhdəviyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-10-2015, 10:33 | Şərh sayı: (0) | Baxılıb: 1932
Seyid Mürtəza və məhdəviyyət
Seyid Mürtəza əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir. İmamın varlığının zəruriliyi və onun məsum olmasının labüddüyünü dərk etdikdə on ikinci imamın qeybdə olmasını rahat şəkildə qəbul edə bilirik. Belə bir metod ən yaxşı üslubdur. İmam Mehdinin (ə.f) varlığı, onun qeybə çıxması və digər məsələləri nəqli dəlillərlə də sübut etmək mümkündür. Bu barədə çoxlu sayda hədislər mövcuddur. Amma nəqli dəlillər hər nə qədər tutarlı olsa da, bəzən münaqişə və mübahisələrə səbəb olur. Buna görə də bir məsələnin sübuta yetirilməsi üçün həm əqli, həm də nəqli dəlillərdən istifadə etmək lazımdır. Seyid Mürtəza “Əz-Ziyadətul-Mukkəmmilətu ləh” adlı bir kitabın müəllifidir. O, bu kitabı “Muqni” kitabında yer almış “Qeybin səbəbi” mövzusu üzərində təkmilləşdirmə ünvanında qələmə almışdır.
Yəhya Abdulla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər