İmam Mehdinin (ə.f) ləqəbləri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 12:55 | Şərh sayı: (0) | Baxılıb: 898
İmam Mehdinin (ə.f) ləqəbləri
“Ləqəb” ərəb leksikonunda müəyyən bir səciyyəvi xüsusiyyətinə və ya başqalarından seçilən əlamətinə görə insana verilən qeyri-rəsmi ada deyilir.
Şeyx Rəzi “ləqəb” barədə belə yazır: “Ləqəb – addan daha aydın və daha məşhurdur. Çünki ləqəb də isim (ad) kimi nəyisə tərif və müəyyən edir. Lakin ləqəb addan fərqli olaraq nəyinsə məzəmmət və ya tərifinə səbəb olacaq müəyyən xüsusiyyətini bəyan etməklə daha ətraflı tərif və müəyyənləşdirmə xüsusiyyətinə malikdir. Deməli, bir şeyin zatı və ya ləqəb addan daha məşhurdur.”[1] Ləqəb insanın məzəmmətə və ya tərifə layiqli bir şəxs olduğunu özündə ehtiva etdir. Ona görə də hər əlamət və sifəti ləqəb adlandırmaq olmaz. Bəzən ləqəb o qədər məşhur olur ki. İnasanın tanıtdırılmasında əsl adından çox rola malik ola bilir.
Ləqəbin tərifi barədə qısa məlumat verdikdən sonra mənbələrdə İmam Mehdinin (ə.f) ləqəbi kimi qeyd olunanlara terminoloji baxımdan ləqəb demək olmaz. Əslində onlar İmamın (ə.f) sifət və səciyyəvi xüsusiyyətləridir.
İmam Mehdinin (ə.f) ləqəbləri
İmamın (ə.f) ləqəblərini bir neçə qrupa bölmək olar:
Başqa imamlarında daşıdığı ləqəblərdən bəzilərini daşıması. Məsələn, Höccət, Höccətullah, Sahibul-əmr, Sahibəz-zaman, Xəlifətullah;
Yalnız İmam Mehdiyə (ə.f) şamil olan ləqəblər. Məsələn, Xatəmul-əimmə, Bəqiyyətullah, Ğaib, Qaim, Müntəzər;
Bəzi ləqəblər qısamüddətli qeyb dövrü zamanında ictimai-siyasi vəziyyəti və təhlükəsizliyi nəzərə alaraq meydana gəlmişdir. Çünki mövcud rejim (Abbasi) İmamın (ə.f) ələ keçirilməsinin və qətlə yetirilməsinin tərəfdarı idi. Ona görə də bəzi ləqəblərdən istifadə edilirdi ki, aşkar şəkildə İmama aid etmək çətin olsun. Məsələn, Seyid, Sahibud-dar. Ğərim,[2] Xələfüs-salih.
İmamın (ə.f) məşhur künyə və ləqəbləri aşağıdakılardır:
Bəqiyyətullah
Höccətullah
Höccət
Mehdi
Əl-Qaim
Əl-Müntəzər
Əl-Müntəqim
Əl-Müztərr
Əl-Məmul
Sahibəz-zaman
Sahibul-əmr
Sahibud-dar
Əl-Xələfus-salih
Tahir
Seyid
Əl-Ğərim
Xatimul-Əvsiya
Xatimul-Əimmə
[1] Əş-şafiyə fi şərhil-kafiyə, c/2, səh/240
[2] Bu ləqəb İmam Mehdinin (ə.f) xüms tələb etmək səlahiyyətinə malik olmasına işarə etmək üçün istifadə olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər