İmam Mehdinin qiyamı kimi təvil edilən (yozulan) ayələr |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 11-11-2015, 09:37 | Şərh sayı: (0) | Baxılıb: 444
İmam Mehdinin qiyamı kimi təvil edilən (yozulan) ayələr
Quranın bəzi ayələri zahiri cəhətdən də İslamın ümumbəşəri bir din olacağına və İmam Zaman (ə.f) hökumətinə işarə etmir. Sadəcə bəzi hədislərə əsasən, bu ayələrin İmam Mehdi (ə.f) qiyamına işarə etdiyi yozulur. Misal olaraq aşağıdakı ayələri qeyd edək:
1. وَيَقُولُونَ مَتَى هَـذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
“Və deyərlər: «Əgər doğruçusunuzsa bu vəd nə vaxt olacaqdır?” [1]
2. أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ
“Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.” [2]
3. قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاء مَّعِينٍ
” De: “Mənə xəbər verin görüm, əgər sizin suyunuz yerə hopsa, kim sizə axar su gətirə bilər?!“ [3]
4. وَالنَّهَارِ إِذَا تَجَلَّى
“And olsun, cilvələnməkdə olan gündüzə.” [4]
5. وَالنَّهَارِ إِذَا جَلَّاهَا
“And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.” [5]
6. حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ
“Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə…” [6]
Aydındır ki, zahiri tamam başqa bir şeyi ehtiva edən bu ayələri yalnız mötəbər sənədə söykənən hədis olduğu zaman İmam Mehdinin (ə.f) qiyamı kimi (yozmaq) təvil etmək olar. Lakin bunu da qeyd edək ki, bu ayələrə aidiyyəti olan və onları yozan hədislərin bir qismi elə də etibarlı mənbələrə əsaslanmır. Ona görə də bu ayələrin təfsiri və yozulmasında istifadə edilən hədislərin hərtərəfli araşdırılmasına ehtiyac vardır.
Bəhruz Camal
Imamazaman.az
[1] Yunis/48, Nəml/71, Yasin/48, Mülk/25
[2] Həcc/39
[3] Mülk/30
[4] Ləyl/2
[5] Şəms/3
[6] Məryəm/75
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər