Qeybəçəkilmənin bəzi hikmətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-01-2016, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 310
Qeybəçəkilmənin bəzi hikmətləri
İmam Mehdinin (ə.f) qeyb pərdəsi arxasında olması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır. Belə ki bəzi hədislərdə İmamın (ə.f) qeybdə olmasının bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. 1. İlahi qanun İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir"29. 2. İmamın canının qorunması İmam Mehdinin (ə.f) fiziki cəhətdən məhv edilməsi və ya ideyalarının aradan götürülməsi İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi. İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur"30. 3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı İmam Mehdi (ə.f) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır"31. 4. İnsanların imtahan olunması Peyğəmbər (s) buyurmuşdur: "Mehdinin (ə.f) qeybi dövründə ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən başqa heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır"32. 5. İnsanların günaha aludə olması və zühura hazır olmaması İmam Mehdi (ə.f) özünü buludlar arxasındakı günəşə bənzətmişdir33. Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər