Bəzi alimlərin adının əvvəlində işlədilən “hafiz”, “hakim” sözlərinin mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-11-2015, 11:48 | Şərh sayı: (0) | Baxılıb: 1107
Bəzi alimlərin adının əvvəlində işlədilən “hafiz”, “hakim” sözlərinin mənası nədir?
Bu ifadələr orta əsrlərdə hədisşünas alimlərə verilən dərəcə kimi istifadə edilirdi. Bunların konkret olaraq hansı məna ifadə etdiyi barədə mənbələrdəki məlumatlar fərqlidir. Məsələn, bəzi alimlərin fikrincə, hədisləri mətn və sənədləri ilə birlikdə kitaba baxmadan əzbər rəvayət edən şəxsə “hafiz” deyirdilər. Bəzi mənbələrdə isə bu ləqəbləri alimin əzbər bildiyi hədislərin sayı ilə əlaqələndirirdilər. Məsələn, yüz min hədisi bilən alimə “hüccət”, 300 min hədisi əzbər bilənə “hafiz”, bütün məlum hədislərdən xəbərdar olan, mətnini,sənədini, ravilərini mükəmməl bilən alimə isə “hakim” deyirmişlər. Qeyd edək ki, hədis elmindəki bu ləqəblər əsasən əhli-sünnə tərəfindən işlədilirdi. Orta əsrlərdə bəzi alimlər bu ləqəblərlə məşhur olmuşlar. Məsələn, “əl-Müstədrək əla-l-Səhiheyn” kitabının müəllifi Hakim Nişaburi kimi tanınır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər