RSS
 

Login:
Şifrə:
» » 2016-cı ildə hökumət ASAN-laşacaqmı...

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

2016-cı ildə hökumət ASAN-laşacaqmı...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 14:25 | Şərh sayı: (0) | Baxılıb: 736

2016-cı ildə hökumət ASAN-laşacaqmı...


2016-cı ildə hökumət ASAN-laşacaqmı...Ekspertlər təkliflər verirlər, ancaq...
Hələ ötən ildən 2016-cı ildə ölkədə əksər sahələrdə ASAN xidmət idarəçilik modelinə keçidin mümkün olacağının anonsu verilib. Əksər ekspertlər belə hesab edir ki, bu model əksər dövlət və hökumət strukturlarında tətbiq edilməlidir. Bəs hökumətin əksər strukturlarını ASAN-a keçirmək niyə mümkün olmur? Ekspertlərin bu məsələdə fikirləri maraqlıdır...


Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, bir çox sahələrin ASAN-laşmasına ehtiyac var: “Əslində ASAN Xidmətin yaradılması həm də bir etiraf idi ki, hökumət strukturunu, ənənəvi hökumət islah etmək mümkün deyil. İslah olunmurlar bunlar. Ona görə ASAN Xidmət bir paralel qurum kimi yaradıldı. Effekti də oldu. İnsanlardan rəğbət də gördü. Çünki ASAN Xidmətdən istifadə daha rahat oldu və insanlar növbəsiz və personalla qarşılaşaraq öz problemlərini həll edirdilər. Amma bu, idarəetmənin tamamilə ASAN-a verilməsi kimi bir ideyanın ortaya atılması bir az problematik görünür. Yəni Azərbaycanda bir çox sahələr var ki, o sahələrdə problem çoxdur. Məsələn, məhkəmə sahəsi. Onu necə ASAN Xidmətə vermək olar? Mümkün deyil. Və yaxud vergilərin toplanması, vergi yığılması, gömrük məsələlərini necə ASAN-a verəsən? ASAN-a ancaq gömrük bəyannaməsinin təsdiq olunmasını vermək olar, kargüzarlığı vermək olar. Amma fəaliyyətin özü ki, sərhədlərdə baş verir, onu ASAN Xidmət necə həyata keçirəcək? Ölkədə problem odur ki, ASAN Xidmətin genişləndirilməsindənsə hökumətin özünü ASANlaşdırmaq lazım idi. Hökumət özü ASAN olmalı idi, nəinki ayrıca bir struktur yaradılsın. Bu struktur effektivdir. Amma bu, idarəetmədə olan problemləri aradan qaldırmır təəssüf ki. Məişət korrupsiyasının qarşısını almaqda xidməti oldu. Əvvəllər, məsələn, rayon polis şöbəsinə gedib vaxtından qabaq pasport, yaxud şəxsiyyət vəsiqəsi almaq istəyirdinsə, rüşvət verirdin. İndi dövlət büdcəsinə pul ödəyirsən, çox mədəni xidmət alırsan. Ona görə hökumətin, dövlətin bir çox funksiyaları var ki, onu ASAN Xidmət həyata keçirə bilməz. Polis sistemi, məhkəmə, ədliyyə sistemidir, biznes sferalarıdır, gömrüyün, verginin tənzimlənməsidir, qanunvericilik orqanının işidir. Yəni ASAN Xidmət qanunvericilik orqanının işini həyata keçirə bilməz axı. Normal, çevik parlament formalaşmalıdır ki, orada müzakirələr olsun. Bu, formalaşmırsa, ASAN Xidmət necə etsin? Ona görə də ASAN-ın bu günə qədər qazandığı uğurların tətbiqini digər dövlət strukturlarında həyata keçirmək lazımdır. Belə demək mümkünsə, hökuməti ASAN-laşdırmaq lazımdır”.

Ekspert Ərəstun Oruclu isə qeyd edib ki, söhbət birbaşa ASAN Xidmət deyilən qurumun əhatə dairəsinin artırılmasından gedirsə, burada mane olan bir çox məqamlar var: “Birincisi texniki imkanlardır. Yəni hər şeyi bir xidmətin üzərinə yükləmək düzgün deyil. Onda heç hökumətə, nazirliklərə ehtiyac olmazdı. Yəni müəyyən funksiyalar var ki, onları ASAN Xidmət adlı qurum vasitəsilə həyata keçirmək mümkündür. Və kifayət qədər uğurla keçirilir də. Amma hər şeyi bu xidmətin üzərinə yükləmək olmaz. Birincisi, texniki imkanların məhdudiyyəti məsələsi var. Digər tərəfdən, o ölkədə faktiki olaraq bu cür situasiyaya nəzarət edən bir yeni qurumun yaradılması da düzgün deyil. Hakimiyyət idarəçilik sisteminin çox mühüm şərtlərindən biri vəzifə və səlahiyyət bölgüsüdür. Bütün səlahiyyətlər, bütün vəzifələr ASAN Xidmətin üzərinə düşəcəksə, təbii ki, sonda ASAN Xidmət faktiki olaraq ölkədə hökumət demək olacaq. Bir də onun funksiyasına uyğun məqamlar var, aid olmayanları necə ASAN Xidmətə keçirmək olar? Digər tərəfdən, korrupsiya ilə mübarizənin yolu bir tək ASAN Xidmət yaratmaq deyil, yolları çox sadədir. Korrupsiyaya son qoyulur, rüşvət piramidası ləğv olunur, bununla məsələ bitmiş olur. Hökumətin idarəçilik prinsipləri iyerarxiyası korrupsiya, rüşvət üzərində qurulursa, bunun qarşısını bir xidmətlə almaq mümkün deyil. Çünki bunu həyata keçirmək üçün motivlər olmayacaq”.

Qeyd edək ki, əksər ekspertlərə görə, bir çox strukturlara aid işlərin asanlaşdırılması və şəffaflaşdırılması günün tələbidir. Bildirilir ki, bir neçə il əvvəl ASAN Xidmətin yaradılması maraqlı bir sosial innovasiyadır. Həmçinin qeyd edilir ki, dövlət xidmətlərinin bütün sahələrində olan problemləri həll etmək üçün həmin funksiyaların hamısının ASAN Xidmətə ötürülməsi heç də çıxış yolu kimi görünmür. ASAN Xidmətin təşkilinə və fəaliyyətinə bir islahat elementi, pilot layihə kimi yanaşmaqla, özünü doğruldan bu layihəni bütün dövlət qurumlarının fəaliyyətinin oxşar formada təşkilinə keçməklə genişləndirmək daha məqsədəuyğun olardı. Yəni əslində ayrı-ayrı funksiyaların ASAN xidmətə ötürülməsi ilə deyil, ASAN xidmətin iş təcrübəsini bütün dövlət qurumlarına ötürməklə islahatı başa çatdırmaq daha yaxşı olardı.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor