Türkmənistan Azərbaycanın ASAN Xidmət modelinin tətbiqi imkanını nəzərdən keçirir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 22:56 | Şərh sayı: (0) | Baxılıb: 291
Türkmənistan Azərbaycanın ASAN Xidmət modelinin tətbiqi imkanını nəzərdən keçirir
Türkmənistan Azərbaycanın ASAN Xidmət bazasında əhaliyə göstərilən innovativ xidmət modelilə yaxından maraqlanır. ASAN Xidmət Türkmənistanın ən böyük şirkətlərindən biri olan "Qaraqum"un dəstəyilə təşkil edilmiş "Turkmentel 2015" sərgisində təmsil olunmuşdu.
ASAN Xidmətin Türkmənistanda tətbiqi barəsində müsbət qərar qəbul olunarsa, o zaman sözügedən innovativ modelin Türkmənistanda gerçəkləşdirilməsi üçün müvafiq konsorsiumun yaradılması planlaşdırılır. Azərbaycan tərəfindən konsorsiuma Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyilə Mərkəzi Asiya ölkələrində mühüm avtomatlaşdırma sistemlərini tətbiq etməklə bu sahədə böyük təcrübə qazanmış SINAM şirkəti daxil olacaq. SINAM şirkəti Türkmənistanın ASAN Xidməti üçün nəzərdə tutulmuş e-platformların quraşdırılmasılə məşğul olacaq.
Türkmənistan bu konsorsiumda "Qaraqum" şirkətinə bağlı "Turkmentolek" şirkətilə təmsil oluna bilər. "Qaraqum" şirkəti 1989-cu ildən Türkmənistanın müxtəlif sahələrində iri layihələrin reallaşdırılması ilə məşğuldur.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təşəbbüsü ilə tətbiq olunan milli ASAN Xidmət modelinin ən vacib xüsusiyyəti hökumət qurumlarının vətəndaş və biznes-qurumlarla əlaqələrinin tam şəffaflığını təmin etmək, daha qısa müddətdə arayış və sənədlərin alınması və dəyişdirilməsi üçün müvafiq şərait yaratmaq. Müxtəlif beynəlxalq təşkilatlar dəfələrlə ASAN Xidmət modelini korrupsiyaya qarşı aparılan mübarizənin effektiv aləti adlandırmış, elektron hökumət istiqamətində atılan mühüm addım kimi yüksək qiymətləndirmişdir.
Türkmənistan əhali və biznesə xidmət göstərən bütün nazirlik və digər hökumət qurumlarının qoşulacağı və "bulud" texnologiyalarının tətbiqilə yaradılacaq vahid hökumət e-platforması layihəsini reallaşdırmasğı düşünür. Təcrübə göstərir ki, məhz müasir yüksək texnologiyaların tətbiqi əhali və biznes-qurumlarına göstərilən sosial innovativ xidmətlərin effektivliyini dəfələrlə artırmağa imkan verir.
Qeyd etmək lazımdır ki, 2016-cı il Türkmənistanda avtomatlaşdırma ili elan edilib və bununla əlaqədar olaraq ölkənin yüksək texnologiyalar sahəsində müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər