Bahalaşmanın qarşısını alacaq təkliflər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 13:49 | Şərh sayı: (0) | Baxılıb: 290
Bahalaşmanın qarşısını alacaq təkliflər...
Ekspertlər bunları mümkün sayır, ancaq...
Ölkədə baş verən ikinci kəskin devalvasiyadan sonra qiymət artımları ciddi müzakirə olunmaqdadır. Devalvasiyanın təsirlərini azaltmaq və qiymət artımının qarşısını almaq üçün hansı addımların atıla biləcəyi də müzakirə mövzusudur. Ekspertlər bildirirlər ki, ölkənin üzən məzənnəyə keçidi qiymətlərin artmasına gətirib çıxaracaq. Bununla da əhalinin alıcılıq qabiliyyəti faktiki olaraq devalvasiya proporsiyasında azalacaq.
Ekspertlər vəziyyətdən çıxmaq üçün təkliflər də verirlər. Ekspert Natiq Cəfərli bunun üçün hökumətin atmalı olduğu üç addımı açıqlayıb. O, məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, birinci addım rəqabətli mühitin yaradılmasıdır: “Bu, birinci və çoxdan atılmalı olan addımdır. Rəqabətli mühit olmalıdır ki, ölkəyə mal gətirən, mal aparan, ölkə üçün çalışan, uğurlu biznesdə çalışan insanlara sərbəstlik olmalıdır. İnhisarçılıq ləğv edilməlidir”.
İkinci addım isə korrupsiya ilə mübarizənin ciddiləşdirilməsidir: “Korrupsiya ilə mübarizə sözdə yox, işdə, əməldə olmalıdır. Buna əsas rəvac verən orqanların səlahiyyətlərinin minimum endirilməsi, bir çox səlahiyyətlərinin əllərindən alınması vacibdir. Ölkədə 14-ə yaxın dövlət və hökumət təşkilatı var ki, bu yoxlamaları həyata keçirə bilər. Yoxlamalar azaldılmalıdır”.
Üçüncü və ən əsas addım isə istehsalı stimullaşdırmaqdır: “Özü də ixracat yönümlü istehsalı stimullaşdırmaq lazımdır. Xaricdən gələn mallarla rəqabətə girəcək, onları vəəz edə biləcək məhsulların istehsalıdır, bunu stimullaşdırmaqdır. Bunun üçün faizsiz kreditlərdən tutmuş uzunmüddətli vergilərdən azad olunmasına qədər iş adamlarına və şirkətlərə paketlər təqdim olunmalıdır. Stimullaşdırıcı addımlar olmalıdır. Bunların hamısının edilməsi üçün isə ilk növbədə ölkədə azad məhkəmə sistemi qurulmalıdır, mülkiyyət toxunulmazlığı təmin olunsun. Bu, çox vacib, önəmli məsələdir.
Bu, olmasa heç kim biznes qurmaq istəməyəcək ki, nə vaxtsa bu biznesi onun əlindən ala bilərlər. Məhz əsas lazım olan məhkəmə sisteminin normal qaydaya düşməsi, fəaliyyəti, mülkiyyətin toxunulmazlığı hüququnun bərpa olunmasıdır. Bunsuz digər islahatlar həyata keçməyəcək. Bu, bütün ölkələrin əlifbasıdır. Bütün ölkələrdə ilk növbədə məhkəmə sistemi və ədalət sistemi bərpa olunur. Ondan sonra biznes mühiti üçün açılımlar olur və adıdmlar atılır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər