Prezident: Hökumət pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə baxmalıdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:28 | Şərh sayı: (0) | Baxılıb: 275
Prezident: Hökumət pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə baxmalıdır

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı qeyd edib ki, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi, böyük vəsait tələb edən addımlar atılıb.
Prezident deyib: “Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”.
“Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər