RSS
 

Login:
Şifrə:
» » Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (ikinci hissə)

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (ikinci hissə)

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 20-02-2016, 10:26 | Şərh sayı: (0) | Baxılıb: 405

Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (ikinci hissə)


Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (ikinci hissə)İkinci mərhələ. Hədislərin sənədləri və dəlalət etdikləri mənaların araşdırılması
İlk hədisin (Allah-taalanın peyğəmbərlərin (qeybəçəkilmə) ənənəsini İmam Mehdi (ə.f) barədə də icra etməsi) mənasının araşdırılmasından başlayaq.
عن ابی عبد (27) الله علیه السلام قال: «ان للقائم منا غیبة یطول امدها. فقلت: «ولم ذاک یابن رسول الله؟» . قال: «ان الله عزوجل ابی الا ان یجری فیه سنن الانبیاء علیهم السلام فی غیباتهم
Hənnan ibn (Sədir) Sudeyr atasından İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Bizim Qaimimizin (ə.f) uzun sürən qeyb dövrü olacaqdır”. “Ey Peyğəmbər övladı! Bunun səbəbi nədir?” – deyə İmamdan (ə) soruşdum. İmam (ə) belə buyurdu: “Allah-taala peyğəmbərlərin qeybəçəkilmə ənənəsini onda da (imamda) davam etdirməkdən başqa bir şey istəmir”.[1]
Bu mərhələdə mövzunu dörd əsas üzərində araşdıracağıq:

1. Hədisi nəql edən ilk kitab və mənbə;
Bu hədisin nəql olunduğu ilk ünvan və mənbə “Kəmalüd-din” və “İləlüş-şərayi” kitablarıdır. Hər iki kitabın müəllifi Şeyx Səduq kimi tanınmış Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qumidir (vəfatı: h.q 381-ci il).
Bu hədisi nəql edənlər də ya bu iki kitabdan birindən, ya da ki bu iki kitabdan birinə yetişən vasitə ilə nəql etmişlər.

2. Hədisin sənədinin araşdırılması;
Müzəffər ibn Cəfər Ələvi – Şeyx Səduqun hədis nəql etdiyi şeyxlərdən (ustadlarından) biridir. Ayətullah Xoyi[2] və mərhum Tüstəri[3] onun barədə bir söz deməmiş, yalnız adının çəkilməsi ilə kifayətlənmişlər. Lakin mərhum Mamaqani onun barəsində belə deyir: “Onun şiə olmasında heç bir şəkk-şübhəyə yer yoxdur. Həmçinin o, Şeyx Səduqa hədis nəqlini icazə verən şeyxlərdən biridir. Bu məsələ bizim onun etimadlı şəxs olub-olmadığını araşdırmağımıza ehtiyac qalmadığını bildirir. Ona görə də o, etimadlı şəxs (siqə) hökmündədir”.[4]

Buna görə də mərhum Mamaqani əvvəlcə onun şiə olmasını qeyd edərək onun etimadlı birisi olmasını sübut etməyə çalışır. Sonra isə onun etimadlı ravi hesab olunması barədə öz metodunu təqdim edərək bildirir ki, o, hədis nəql etmək üçün icazə verən şeyxlərdən biridir. Hədis nəql etmək üçün icazə verən şeyxlərdən biri olması onun etimadlı (siqə) ravilərdən olmasına dəlil olaraq qeyd edir.
Buna görə də əgər mərhum Mamaqaninin metodunu qəbul etsək, o zaman ravi (Müzəffər ibn Cəfər Ələvi) etimadlı siqədir. Hədisin raviləri arasında onun varlığına görə hədisin sənədinə irad etmək olmaz.


Cəfər ibn Məsud – Bu ad “İləlüş-şərayi” kitabındakı hədisin sənədində qeyd olunur. Rical kitablarında bu şəxs barədə heç bir məlumat yoxdur. Belə olan halda isə hədisin sənədində problem yaranır. Lakin “Kəmalüd-din” kitabında qeyd edilən hədisin sənədin də isə ravi Cəfər ibn Məsud deyil, Cəfər ibn Muhəmməd ibn Məsud kimi qeyd edilmişdir. Mərhum Şeyx Tusi deyir: ”Bu şəxs fəzilət sahibidir.” Əllamə Məclisinin “Vəcizə” və Mühəddis Süleyman ibn Abdullah Maxuzinin “Bəliğə” kitabında qeyd edilir: ”O, mədh olunmuş şəxslərdəndir”.[5]
Mərhum Mamaqani deyir: “Bu şəxs yaxşı insanlardandır və nəql etdiyi hədislər də həsəndir”.[6]
Mərhum Xoyi isə Cəfər ibn Muhəmməd ibn Məsudu Cəfər ibn Məruf kimi qeyd etmişdir. [7] Belə olan halda isə bu şəxsin etimadlı olub-olmaması araşdırılmalıdır.
Bura qədər bəzi metodlara əsaslanaraq deyə bilərik ki, hədisin sənədində problem yoxdur. Əgər Cəfər ibn Muhəmməd ibn Məsudun dəlalətini və etimadlı şəxs olduğunu isbatlaya bilməsəydik belə, hədisin sənədində qeyd olunan digər raviyə Heydər ibn Muhəmməd Səmərqəndiyə yönələcəkdik. Hədis bu iki nəfərdən nəql olunur. Yəni hədis terminologiyasını nəzərə alaraq desək, hədis iki yolla nəql olunub.

Heydər ibn Muhəmməd Səmərqəndi – Mərhum Şeyx Tusi deyir: “Bu şəxs etimadlı fəzilət sahibi və dəyərli bir şəxsdir”. Şeyx Tusi onun adını iki yerdə qeyd edir. “Əl-Fehrest” kitabında deyir: “Fəzilətli və dəyərli bir şəxsdir”.[8] “Rical” kitabında isə buyurur: “Alim və dəyərli şəxsdir”.[9]
Əllamə “Xülasətül-əqval” kitabının birinci hissəsində deyir: “Alim, siqə (etimadlı) və dəyərli şəxsdir”.
Mərhum Mamaqani bu iki nəzəri birləşdirərək “O, siqədir (etimadlı şəxsdir)”[10] – deyir.
Ayətullah Xoyi isə daha ehtiyatla davranaraq deyir: “Onun yaxşı və dəyərli insan olmasında irad yoxdur və bu barədə Şeyx Tusinin buyurduqları kifayətdir. Lakin bu deyilənlərə əsasən, onun etimadlı birisi olduğunu isbat edə bilmərik. Digər tərəfdən də Əllamə və İbn Davuddan öncə onu etimadlı hesab edən bir alimə rast gəlmədim. Mümkündür ki, bu iki alim Şeyx Tusinin onun dəyərli şəxs hesab etməsindən yanlış çıxarış etmişlər”.[11]

Muhəmməd İbn Məsud (Əbu Nəzr)[12] – O, “Əyyaşi” təfsirinin müəllifidir. Əvvəl əhli-sünnə alimlərindən olub, sonra isə şiəliyi qəbul edərək bu məzhəbə çox böyük xidmətlər edib.
Nəcaşi deyir: “O, etimadlı, doğru danışan və böyük şəxsiyyətlərdəndir. Əvvəllər əhli-sünnə məzhəbindən olmuş və onların hədislərindən çox eşitmişdir. Sonra isə şiə məzhəbini qəbul etmişdir”.[13]
Şeyx Tusi deyir: “O, dəyərli şəxslərdən idi. Çoxlu sayda hədislər bilirdi. Və onlar barədə əhatəli məlumata və aydın görüşə malik idi. Səhih hədisləri zəiflərdən ayırd etməyi bacarırdı. Hədislər (hədis elmi) barədə kifayət qədər məlumata malik idi”.[14]
Şeyx Tusi həmçinin “Rical” kitabında da onun barəsində belə deyir: “O, öz zamanında Şərqdəkilərin (Xorasan ətrafında) elm, fəzilət, ədəb, dərrakə və yüksək hafizə baxımından ən üstünü idi”.[15]
Ayətullah Xoyi deyir: “Hədisin sənədində Cəfər ibn Muhəmməd ibn Məsudun varlığına əsasən Şeyx Səduqun nəql yolu da, həmçinin Şeyx Tusinin nəql yolu kimi zəifdir”.[16]
Mərhum Ayətullah Xoyi cənabları xırda bir nüansı nəzərdən qaçırmışdır. Tutaq ki, Şeyx Səduqun Sudeyrə yetişən yolunun İbn Məsudun varlığına görə zəif hesab edək. Lakin Şeyx Səduqun Heydər ibn Muhəmməd ibn Səmərqəndiyə yetişən başqa bir nəql yolu da vardır ki, Ayətullah Xoyinin özü belə Səmərqəndinin siqə və fəzilətli şəxs olmasını qəbul edir. Həmçinin Şeyx Tusi və Əllamə Hilli kimi digər böyüklər də onu etimadlı şəxs hesab etmişlər. Deməli, bura qədər hələki hədisin sənəd baxımından bir problemi yoxdur.

Cəbril ibn Əhməd əl-Faryabi – Şeyx Tusi onun barəsində deyir: “O, “Kəşş” məntəqəsinin sakini idi. İraq, Qum və Xorasan alimlərindən çoxlu sayda hədis nəql etmişdir”.[17]
Mərhum Mamaqani “Vəcizə” və “Bəliğə” kitablarına əsasən, onun mədh olunduğunu deyir. Həmçinin Vəhid Bəhbəhaninin öz “Təliqəsində” belə buyurduğunu deyir: “Dayım (Əllamə Məclisi) onu mədh olunmuşlardan hesab etmişdir. Çox güman ki, bu nəzər Şeyx Tusinin onun çoxlu hədis nəql etdiyinə işarə edib ravisi olduğu hədislərə etimad edərək nəql etməsinə görədir”.
Buna əsasən, Cəbril ibn Əhmədin çoxlu sayda hədis nəql etməsi, Kəşşinin onun qeyd etdiklərinə etimad etməsi və dəyərli şəxs olması barədə şeirləri əl-Faryabinin etimadlı birisi olduğunu çatdırır.
Mamaqani “Məcməür-rical” kitabının haşiyəsində müəllifin belə qeyd etdiyini deyir: “Kəşşinin onun adını çəkərək ondan hədis nəql etməsi onun etimadlı şəxslərdən biri və əlyazılarının etibarlı olduğunu çatdırır”.
Mərhum Mamaqani alimlərin nəzərini qeyd etdikdən sonra sonda öz rəyini qeyd edərək deyir: “Alimlərin fikirləri yerində deyilmiş və məqbuldur. Cəbril ibn Əhmədin nəql etdiyi hədisləri “müvəssəq”[18] hesab etməsək belə, onlar “həsən”[19] hədislərdəndir”.[20]
Ayətullah Xoyi deyir: “Kəşşi ondan çoxlu sayda hədis nəql edir. Belə ki onun əlyazmasına rast gələn kimi etimad edərək nəql etmişdir. Lakin bildiyiniz və dəfələrlə işarə etdiyimiz kimi, qədim alimlərin etimadlılığına və hədislərinin həsən olmasına dair heç bir dəlil olmayan şəxslərə etimad etmələri (əsalətül-ədalət) “ədalətin əsas olması” prinsipinə görədir”.[21]
Mərhum Tüstəri tənqidçi və hər ravinin etimadlılığını asanlıqla qəbul edən şəxs olmasına baxmayaraq, onun barəsində belə deyir: “Tədqiqat nəticəsində məlum olur ki, o, Şeyx Əyyaşidir və Kəşşi ondan və əlyazmalarına etimad edərək çoxlu sayda hədis nəql etmişdir”.[22]
Ayətullah Tüstəri iki məqama, onun Şeyx Əyyaşi olmasına və Kəşşinin ona etimad etməsinə işarə etməsi həqiqətdə öz metodunun ortaya qoyulmasıdır. Lakin bu iki məqamın Cəbril ibn Əhmədin etimadlı olmasına dəlalət edib-etməməsi geniş və öz yerində müzakirə olunası bir mövzudur. Lakin müəyyən məqamları nəzərə alaraq demək olar ki, onun hədislərinin həsən olmasında bir problem yoxdur.

Musa ibn Cəfər Bağdadi – Mərhum Mamaqani onun barəsində belə deyir: “Onun imami və şiə məzhəbli olduğu ehtimal edilir. Lakin onun tərcümeyi-halı naməlum və məchuldur. Onun necə adam olması barədə bir söz deyə bilmərik. Bircə o qalır ki, onun həmin İbn Vəhəb Bağdadi olduğunu deyək”.
O, bu şəxs barədə belə deyir: “On iki imamçı şiələrdən olduğu ehtimal edilir, lakin tərcümeyi-halı naməlumdur”.
Mamaqani deyir: “İbn Vəhəbi bir yolla naməlumluqdan çıxara bilərik. İbn Davud onun adını etibarlılar sırasında çəkir, deməli, ən azından nəql etdiyi hədislər həsəndir. İbn Vəhəbin elə həmin Musa ibn Cəfər olması ehtimalı da var. Belə olan halda o Muhəmməd ibn Əhməd ibn Yəhyanın “Nəvadirül-hikmə” kitabında istisna etdikləri şəxslər arasında deyil. Yəni bu kitabda adları qeyd olunan hər bir kəs zəif, adları qeyd olunmayanlar isə zəif hesab edilmir. Ona görə də “əz-Zəxirə” kitabında hədisi nəql etdikdən sonra “hədisin nəql edən vasitələrdən biri də Musa ibn Cəfər Bağdadidir ki, etimadlı hesab edilməsə də, “Nəvadirül-hikmə” kitabındakı istisna olunmuş zəif ravilərdən də deyil” – deyir. Onun mədh edilməsi barədə bənzər ifadələr və şeirlər kifayət qədərdir”.
Digər tərəfdən də mərhum Mamaqani Vəhid Bəhbəhaninin belə dediyini nəql edir: “Muhəmməd ibn Əhməd ibn Yəhya (“Nəvadirül-hikmə” kitabının müəllifi) onu istisna etməmiş və ondan hədis də nəql etmişdir. Onun istisna olunmaması və ondan hədisin nəql olunmaması onun ədalətli şəxs olmasına dəlildir...”[23]
İbn Davud İbn Vəhəbi etibarlı şəxslər arasında qeyd edir, digər tərəfdən də onun Musa ibn Cəfər Bağdadi olması ehtimalı da vardır ki, o da “Nəvadirül-hikmə” kitabında istisna edilmiş zəif ravilərdən hesab olunmur. Buna əsasən, onun siqə və etimadlı şəxs olmasını qeyd etmək olmasa da, etibarlı və nəql etdikləri hədislərin də həsən olması qənaətinə gəlirik.

Həsən ibn Muhəmməd ibn Səmaə – Əllamə Hilli və Şeyx Tusi onu belə tanıtdırırlar: “Həsən ibn Muhəmməd ibn Səmaə, Əbu Muhəmməd Əl-kindi əs-Səyrəfi əl-Kufi vaqifi məzhəbindəndir. Ancaq barəsində yaxşı sözlər deyilir. Hədis seçimi və tənqidində məharətli olması ilə yanaşı, çoxlu sayda hədis bilirdi”.
Nəcaşi və Əllamə onun barəsində deyir: “Fəqih və etimadlı şəxsdir”.[24]
Ayətullah Xoyi deyir: “O, çoxlu hədis nəql etmiş fəqih, vaqifi şeyxlərindən biri və etimadlı şəxsdir (siqədir)”.[25]
Deməli, əqidəsində problem olmasına baxmayaraq, bu onun etimadlı şəxs olmasına xələl yetirmir.
Ardı var...



[1] Kəmalüd-din, c/2, səh/481, fəsil/44, hədis/11, İləlüş-şərayi, c/1, səh/287, fəsil/179, Biharül-ənvar, c/52, səh/91, hədis/4,8, Müntəxəbül-əsər, fəsil/28, səh/330, hədis/1
[2] Ayətullah Xoyi, Rical, c/18, səh/189
[3] Muhəmmədtəqi Tüstəri, Qamusur-rical, c/10, səh/96.
[4] Şeyx Abdullah Mamaqani, Tənqihül-məqal, c/3, səh/220.
«لاشبهة فی کونه امامیا و کونه شیخ اجازة یغنیه عن التوثیق، فهو بحکم الثقة»
[5] “Vəcizə”- bu kitab “Ricalül-Məclisi” adı altında çap olunub, səh/177, Nº 375
[6] Mamaqani, Tənqihül-məqal, c/1, səh/226
[7] Xoyi, Rical, c/4, səh/122,123
[8] Şeyx Tusi, Əl-Fihrist, səh/64
[9] Şeyx Tusi, Rical, səh/463
[10] Xülasətül-əqval, birinci hissə, səh/127
[11] Xoyi, Rical, c/6, səh/316
[12] “Muhəmmdən ibn Məsud ibn Muhəmməd ibn Əyyaş Əs-sələmi Səmərqəndi. Əyyaşi kimi tanınmış Əbu Nəzr etimadlı şəxsdir...” Vəsailüş-şiə, c/20, səh/342
[13] Nəcaşi, Rical, səh/35
[14] Şeyx Tusi, Əl-Fihrist, səh/136
[15] Şeyx Tusi, Rical, səh/497, Xülasətül-əqval, birinci hissə, səh/247, Möcəmür-rical, c/2, səh/315
[16] Ayətullah Xoyi, Rical, c/17, səh/230
[17] Şeyx Tusi, Rical, səh/458, Əl-Möcəmül-Muvəhhid, c/1, səh/172.
[18] Sənəd silsiləsində problemi olmayıb ravilərinin ardıcıl olaraq məsuma yetişən, həmçinin raviləri arasında qeyri-şiə lakin hədisşünaslara görə etibarlı hesab edilən ravisi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır.
[19] Lüğətdə "gözəl, xoş" mənalarını ifadə edir. Həsən hədis ədalət şərtini daşımaqla bərabər səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin ardıcıl və sənəd zənciri qırılmadan rəvayət etdikləri hədisdir. (İbn Həcər, Nuxbətul-fikr, səh/24)
Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.
[20] Tənqihül-məqal, c/1, səh/207
[21] Möcəmür-ricalül- hədis, c/4, səh/33
[22] Qamusur-rical, c/2, səh/565
[23] Tənqihül-məqal, c/3, səh/255
[24] Vəsailüş-şiə, c/20, səh/170, əl-xatəmə, Xülasətül-əqval, Nº 212, İbn Davud, Rical, Nº 442, Şeyx Tusi, əl-Fihrist, səh/51
[25] Xoyi, Möcəmür-ricalul hədis, c/4, səh/33



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor