RSS
 

Login:
Şifrə:
» » İmam Mehdi (ə.f) İmam Həsənin (ə) nəslindəndirmi?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Mehdi (ə.f) İmam Həsənin (ə) nəslindəndirmi?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-01-2016, 15:08 | Şərh sayı: (0) | Baxılıb: 908

İmam Mehdi (ə.f) İmam Həsənin (ə) nəslindəndirmi?


İmam Mehdi (ə.f) İmam Həsənin (ə) nəslindəndirmi?Əhli-sünnə məzhəbindən olan araşdırmaçıların çox az bir qismi üç hədisə istinad edərək İmam Mehdinin (ə.f) İmam Həsənin (ə) nəslindən olmasını deyiblər. Bu hədislərin hamısının açıqlaması və təfsir edilməsi mümkündür. Lakin bütün bunlara baxmayaraq, müxaliflər bu mövzunu ortaya ataraq şiələrdəki etiqadı zəiflətməyə və İmam Mehdinin (ə.f) Həsən Əskərinin (ə) övladı olmamasını isbatlamağa çalışmışlar. Sözügedən hədislərə nəzər salaq:
1. Nəim ibn Hamid Əməşdən, o da Əbu Vaildən (Abdullah ibn Buheyr Sənani) İmam Əlinin (ə) İmam Həsənə (ə) baxaraq belə dediyini nəql edir:
“Bu oğlum “seyid”dir (böyük və ehtiramlıdır), belə ki onu Peyğəmbər belə adlandırmışdır. Onun nəslindən adı Peyğəmbərinizin adına, əxlaqda da ona bənzər bir kişi dünyaya gələcək. Lakin zahiri görkəmcə Peyğəmbərə bənzəməyəcək. O, yer üzünü ədalətlə dolduracaq”.[1]

2. Birinciyə (hədisə) oxşar digər hədisi isə Əbu Davud Səcistani Harun ibn Müğeyrədən, o da Ömər ibn Qeysdən, o da Şüeyb ibn Xaliddən, o da Əbu İshaq Səbiidən nəql etmişdir.[2]

3. Müttəqi Hindinin nəqlinə əsasən, İbn Əsakir hədisi Abdullah ibn Əmru ibn Asimdən tam şəkildə “Əl-Fəvaid” kitabında nəql etmişdir:
یخرج رجل من ولد حسن من قبل الشرق لو استقبل بها الجبال لهدمها و اتخذ فیها طرقا
“Həsənin övladlarından olan bir kişi Məşriqdən qiyam edəcək. Onun qarşısını dağlar kəssə belə, onları (dağıdıb) yerlə bir edəcək və çıxış yolu seçəcək”.[3]
Bu hədislər bir çox müxtəlif dəlillərə əsasən qəbul olunmur:
1. Birincisi, ilk hədisdə Əbu Vail künyəsi ilə adlandırılan Abdullah ibn Buheyr Sənani adlı ravi Müaviyyənin ardıcıllarındandır və Siffeyn döyüşündə İmam Əliyə (ə) qarşı vuruşmuşdur.
İkincisi, hədisi Vailə istinadən nəql edən şəxs isə İbn Lüheyə kimi tanınan Abdullah ibn Üqbə Həzrəmidir. Zəhəbi onu zəif ravilərdən biri hesab etmişdir.[4]
Üçüncüsü, Abdullah ibn Üqbə bu hədisi Əbu Qübeyl Həy ibn Hani Məafəridən nəql etmişdir. Buxari onun barəsində “Əbu Qübeyl haqqında müxtəlif nəzərlər var” demişdir. Əhməd isə “Onun hədisləri inkar olunur” demişdir.[5]
Dördüncüsü, hədisi ibn Lüheyədən nəql edən ravi isə Rəşideyn ibn Səideyn Müfəlləh Mehridir. Əbu Zəriə və digərləri onu zəif ravi hesab etmişlər. Hərb deyir: “Əhməddən onun barəsində soruşduqda onu zəif hesab etdiyini bildirdi”. İbn Müin isə belə deyir: “لا یکتب حدیثه” – “Onun nəql etdiyi hədisləri yazmayın!” [6]
Beşincisi, bu hədis Əbu Qübeyldən nəql olunan başqa bir hədislərlə ziddiyyət təşkil edir. Əbu Qübeylin Abdullah ibn Ömərdən nəql etdiyi hədisdə isə “Hüseynin övladlarından bir kişi qiyam edəcək...” deyilir.[7]

2. Birinci hədis sənəd baxımından münqətidir. Hədisi İmam Əlinin (ə) dilindən nəql edən Əbu İshaqın adı İshaq Səbiidir. Bu hədisin şərhində Mənzərinin[8] dediyi kimi o, İmam Əlidən (ə) bir hədis belə eşitməmişdir. Çünki İmam Əli (ə) şəhid olduğu zaman onun altı və ya yeddi yaşı var idi. İbn Həcər onun Osmanın xiləfətinin sonuna iki, Xəlikan[9] isə üç il qalmış dünyaya gəldiyini deyir.[10] Buna görə də Məzi bu deyilənləri nəzərə alaraq, onun İmam Əlini (ə) gördüyünü, lakin ondan hədis eşitmədiyini söyləyir.[11]

3. Bu qəbil hədislər əhli-sünnə mənbələrində mötəbər sənədlərə əsasən nəql olunan və İmam Mehdinin (ə.f) İmam Hüseynin (ə) nəslindən olmasını qeyd edən hədislərlə ziddiyyət təşkil edir.[12]

4. İkinci hədis barəsində deməliyik ki, bu hədisin nəqlində Əbu Davudda da ixtilaf var. Belə ki Cəziri Şafei bu hədisi öz sənədinə əsasən, Əbu Davuddan nəql etmiş və “Həsən” adının yerinə isə “Hüseyn” adını qeyd edərək demişdir:
“Doğru olan İmam Mehdinin (ə.f) Hüseyn ibn Əlinin (ə) nəslindən olmasıdır. Belə ki Şeyx Ömər ibn Həsən ər-Rəqinin nəql etdiyi və əlimizdə olan hədisdə İmam Əli (ə) məhz buna işarə etmişdir."
Əbülhəsən ibn Buxari Ömər ibn Muhəmməd Darquzidən, o da Əbu Bədr Kərxidən, o da Əbu Bəkr Xətibdən, o da Əbu Ömər Haşimidən, o da Əbu Əli Lolodan, o da Hafiz Əbu Davuddan, o da Harun ibn Müğeyrədən, o da Ömər ibn Əbu Qeysdən, o da Şüeyb ibn Xaliddən, o da Əbül İshaqdan nəql edərək deyir: “Əli (ə) öz oğluna baxdı və dedi: “Bu oğlum “seyid”dir (böyük və ehtiramlıdır), belə ki onu Peyğəmbər belə adlandırmışdır. Onun nəslindən adı Peyğəmbərinizin adına, əxlaqda da ona bənzər bir kişi dünyaya gələcək. Lakin zahiri görkəmcə Peyğəmbərə bənzəməyəcək”. Sonra onun (Mehdinin) yer üzünü bürüyəcək ədalətindən danışdı“. Əbu Davud bu hədisi öz “Sünən”ində bu formada qeyd etmiş və sükut etmişdir (yəni hədisin zəif olması barədə heç bir söz deməmişdir).[13]
Bu hədisi Məqdəsi Şafei öz “Əqdüd-dürər”[14] kitabında İmam Həsənin (ə) adı ilə nəql etmişdir. Lakin “Əqdüd-dürər”in təhqiqatçısı kitabın haşiyəsində İmam Hüseynin (ə) adı çəkilən başqa bir nüsxədəki hədisi qeyd edir. Mərhum Seyid Sədrüddin Sədr də kitabın belə bir nüsxəsindən söz açmışdır. Belə ki o sözügedən hədisi “Əqdüd-dürər” kitabına istinadən nəql etmiş, lakin “Həsən” deyil, “Hüseyn” adını qeyd etmişdir.[15]




[1] Qəlaidüd-dürər fi əxbaril Məhdiyyil müntəzər, səh 82.
[2] Əbu Davud Səcistani, Sünən Əbi Davud, Kitabul Mehdi, c/4, səh/108, hədis/4292.
[3] Cəziri Dəməşqi Şafeyi, İsmul-mənaqib fi təhzibi usnul-mətalib, səh/164-165.
[4] Zəhəbi, Əl-məna fiz-züəfa, ət-təqrib, c/1, səh/209.
[5] İbn Həcər Əsqəlani, Təhzibut-təhzib, c/3, səh/72.
[6] İbn Həcər Əsqəlani, Təhzibut-təhzib, c/3, səh/277, Zəhəbi, Əl-məna fiz-züəfa, ət-təqrib, c/1, səh/232.
[7] Gənci Şafei, Əl-bəyan fi əxbari Sahibəz-zəman, səh/ 531.
[8] Mənzəri, Müxtəsərus-sünəni Əbi Davud, c/6, səh/162, hədis/4121.
[9] İbn Həcər Əsqəlani, Təhzibut-təhzib c/8, səh/56, hədis/100.
[10] İbn Xəlikan, Vəfəyatül-əyan, c/3, səh/459, hədis/502.
[11] Məzi, Təhzibül-kəmal, c/22, səh/106, hədis/4400.
[12] İbn Qəyyim, səh/148, hədis/339, Yənabiül-məvəddət, c/3, 94-cü fəsil, Əs-sirətül-Hələbiyyə, c/1, səh/193.
[13] Cəziri Dəməşqi Şafei, İsmul-mənaqib fi təhzibul usnul-mətalib, səh/165-168
[14] Əqdüd-dürər, birinci fəsil, səh/45.
[15] Seyid Sədrüddin Sədr, əl-Məhdi, səh/68.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor