RSS
 

Login:
Şifrə:
» » İmam Sadiq (ə) və şiə fiqhinin Əhli-Beyt hədislərine söykənməsi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Sadiq (ə) və şiə fiqhinin Əhli-Beyt hədislərine söykənməsi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-12-2015, 01:58 | Şərh sayı: (0) | Baxılıb: 459

İmam Sadiq (ə) və şiə fiqhinin Əhli-Beyt hədislərine söykənməsi


İmam Sadiq (ə) və şiə fiqhinin Əhli-Beyt hədislərine söykənməsi


İmam Sadiqin (ə) dövrü Əhli-beyt elmlərinin müxtəlif sahələrdə yayıldığı bir dövr idi. O həzrət bu zəmində daha çox fəaliyyət göstərmişdi. Bunun səbəbi bir tərəfdən güclü Əməvi hakimiyyətinin çökməsi, digər tərəfdən, Abbasilərin hakimiyyətə gəlməsindən qaynaqlanan siyasi boşluğun yaranması idi. O həzrət imamət dövrünün bir hissəsində böhransız bir siyasi fəza ilə qarşılaşmışdı. İmam Sadiq (ə) şiələrin bütün diqqətini Əhli-beytə yönəldərək, onları başqalarının hədislərinə istinad etməkdən çəkindirirdi. Şiə fiqhinin müstəqil və əsaslı olaraq qurulmasının ən önəmli səbəblərindən biri də bu idi. O həzrət bir rəvayətdə belə buyurur: “Ey şiələr! Rəsulullahın (s) əsərlərini, sünnəsini və Peyğəmbərin Əhli-beytindən olan hidayət imamlarının əsərlərini daim göz önündə saxlayın.” (“Rovzətul-kafi”, s. 5.)

İmam Sadiq (ə) Yunis ibn Zebyana belə buyurdu: “Ey Yunis! Düzgün elm axtarırsansa, o bizim yanımızdadır. Çünki biz hikmət yollarını və doğrunu səhvdən ayıran mizanı irs aparmışıq.”

İmam Sadiq (ə) öz rəvayətlərini şagirdlərinə nəql edir və onlar da – həm şiə, həm də sünni şagirdləri – Həzrətin hədislərini yazırdılar. Lakin əhli-sünnədən olanlar hədisi belə yazırdı: “Cəfər ibn Mühəmməddən, o da atasından, o da ata-babalarından və onlar da Rəsulullahdan (s) nəql edirlər.” Başqa sözlə, hədisi sənədi ilə birlikdə nəql edirdilər. Amma o həzrətin şiə şagirdləri “Əbu Əbdüllahdan” ünvanı ilə yazır və sənədini zikr etmirdilər. Çünki şiələr imamların ismətinə, imamətinə və sözlərinin höccət olduğuna inanırdılar və elə bu səbəbdən də, hədisin sənədini yazmağa ehtiyac duymurdular. Bununla belə, imam Sadiq (ə) buyurduğu hədislərin Peyğəmbərin hədisləri olduğuna təkid edirdi: “Mənim hədisim atamın hədisidir, atamın hədisi cəddimin hədisidir, cəddimin hədisi Əli ibn Əbu Talibin hədisidir, Əlinin hədisi Rəsulullahın (s) hədisidir və Rəsulullahın hədisi də Allahın sözüdür.” (“Vəsailuş-şiə”, c. 18. s. 49.)

Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “...Biz Əhli-beyt elmimizi Allahın elmindən alır, Allahın hökmü ilə hökm edir və sözü sadiq olan Peyğəmbərdən eşidirdik. Əgər bizim və əsərlərimizin arxasınca getsəniz, bizim bələdçiliyimizlə hidayətə qovuşarsınız. Haqq bayrağı bizdədir və ona tərəf gələn haqqa çatar, ondan üz çevirən zəlalətdə boğular!” (“İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 4, s. 67.)

İmam Sadiq (ə) də belə buyurmuşdur: “Bizim yanımızda elə bir şey var ki, onun varlığı bizi xalqdan ehtiyacsız və onları bizə möhtac etmişdir. Bizim yanımızda bir kitab var ki, Rəsulullah (s) onu söyləmiş və Əmirəlmöminin Əli (ə) də yazmışdır. Bütün halal və haram hökmlər onda mövcuddur.” (“Kafi”, Şeyx Kuleyni, c. 1, s. 241.)

Şiələrin hədis kitablarında müşahidə edilən uyğunluq əsla əhli-sünnənin hədis kitablarında görünmür. Çünki onların kitabları məzmunca bir-birilə uyğun gəlməyən ixtilaflı nəzəriyyə və hədislərlə doludur. Bu ixtilaflı hədislərin əksəriyyəti səhabələrin əqidə və nəzərlərindən qaynaqlanır. Belə olan surətdə, bəzilərinin şiəni tanıdarkən onun təsəvvür və xəyallarla dolu olan və müxtəlif fikirlərdən təşkil tapan bir təriqət olduğunu deməsi sözün əsl mənasında insafsızlıqdır. Buna görə də, imam Sadiq (ə) öz zamanındakı əhli-sünnə ravilərinin məlumat və elmlərini dəyərləndirərkən belə buyurur: “Başqaları Peyğəmbərdən (s) sonra keçmiş ümmətlərin getdikləri yolu gedərək Allahın dinini dəyişdirdilər və təhrif etdilər. Onlar Allahın dininə bəzi şeylər əlavə edib onun bəzi sözlərini azaltdılar. Buna görə də, indi onların əlində olan hər bir şey Allah tərəfindən nazil olan dinin təhrif edilmiş formasıdır.” (“İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 140.)

Şiə imamlarının hədisləri əhli-sünnənin fiqhinə də nüfuz etmiş və onların bir çox raviləri imam Baqir (ə) və imam Sadiqdən (ə) çoxlu sayda hədislər nəql etmişlər. Bu hədislərin bir qismi onların hədis kitablarında mövcuddur. Hətta əhli-sünnə kitablarında bəzən söz, bəzən də məzmun baxımından Əhli-beytin kəlamlarına bənzəyən çoxlu hədisə rast gəlmək mümkündür.

Əhli-sünnə rəvayətlərinin zəif olması və onların səhabə və tabeinin əməllərinə istinad etməsi onların fiqhi bünövrəsinin zəifliyinə gətirib çıxarırdı. Çünki səhabə və tabeinin arasında olan düşüncə və xarakter fərqliliyi o qədər çox idi ki, nəzər və fətvaları bir yerə toplamağı daha da çətinləşdirirdi.

Əhli-sünnə fəqihləri səhabə və tabeinin üsul və metodlarına istinad etməklə yanaşı, digər hökm və fətva qaynaqları da irəli sürürdülər ki, bunların ən mühümmü “müqayisə “metodu idi. Əhli-sünnə alimlərindən biri hədislər az olduğu üçün “müqayisə” metoduna əl atdığını bəyan edir. İmam Sadiq (ə) öz zamanında bu fikri gündəmə gətirmiş və əvvəlki hədisin davamında əhli-sünnənin rəvayətlərə olan ehtiyacı barədə belə buyurmuşdur: “Xalqın onlara cahil deməsindən utanır və soruşulan sualları cavabsız qoymaqdan xoşlanmırlar. Onlar xalqın elmi əsl və həqiqi mədən və xəzinəsindən (Əhli-beyt) öyrənməsini istəmirlər və buna görə də, “müqayisə və rəy”i Allahın dininə qataraq Rəsulullahın (s) hədislərini bir kənara atırlar və beləcə, bidətə üz gətirirlər.” (“Vəsailuş-şiə”, c. 18, s. 40.)

İmam Sadiq (ə) belə bir fiqhi məktəbin qarşısında müxalif cəbhə tutaraq mədəni fəaliyyətinin böyük bir hissəsini rəy və müqayisə ilə mübarizəyə həsr etdi. Bu barədə o həzrətdən çoxlu sayda rəvayətlər nəql edilmişdir. Onların bəzisinə işarə edirik:

Əbu Hənifə rəy və müqayisəyə əməl edənlərdən biri idi. O, bu məsələdə başqalarını ötüb keçmişdi. Onun fiqhi məktəbi İraqda “rəy məktəbi” adı ilə məşhur olmuşdu.

İmam Sadiqin (ə) Əbu Hənifə ilə münazirə və mübahisəsi barədə nəql edilmiş məşhur bir rəvayətdə İmamın (ə) əvvəlcə onu dində müqayisə etməkdən çəkindirməsindən, sonra isə müqayisənin bir neçə yerdə heç bir şeyi həll edə bilmədiyini xatırlamasından danışılır.

İmam ondan soruşur: “Zina ağırdır, yoxsa, haqsız yerə adam öldürmək?”

Əbu Hənifə deyir: “Haqsız yerə adam öldürmək.”

İmam Sadiq (ə) buyurur: “Allah zinanın isbatı üçün dörd şahid və bir adamın öldürüldüyünü isbat etmək üçün isə iki şahid istəmişdir. Bu isə, müqayisənin tələb etdiyi hökmün tam əksinədir.

İmam sonra soruşur: “Namaz əhəmiyyətlidir, yoxsa, oruc?”

Əbu Hənifə deyir: “Namaz.”

İmam buyurur: “Qadın, heyz (aybaşı) olduğu günlərdə qıla bilmədiyi namazları qəza etməyə vəzifəli deyil, amma oruc tuta bilmədiyi günlərin orucunun qəzasını tutmalıdır. Bu da müqayisə ilə uzlaşmır.” (“Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s.197.)

Bu kimi nümunələr başqa rəvayətlərdə də qeyd edilmişdir. (“Vəfəyatul-əyan”, c. 1, s. 471.) Beləcə, İmam öz səhabələrinə rəy əhli ilə onların təsiri altına düşəcək miqdarda oturub-durmalarını qadağan etmişdi. Necə ki, müqayisəyə əməl etməyi məhkum etmək zəminində imam Sadiqdən (ə) çoxlu sayda hədis rəvayət edilmişdir. (“Rical”, Kəşşi, s. 163, 164, 189.) O həzrət ondan hədis nəql edib, amma müqayisəyə əməl edən kəslər barədə olan hədsiz narahatlığını əsla gizlətmirdi.

Şiənin istinad etdiyi qaynağı əhli-sünnə də qəbul edirdi. Çünki imam Sadiq (ə) hədislərini öz ata-babalarından nəql edirdi və onun əsli Əmirəlmöminin Əliyə (ə), sonra isə Rəsulullaha (s) çatırdı. Əmirəlmöminin Əli (ə) illər boyu Rəsulullahın (s) hüzurunda olduğundan bütün fəqih və ravilərin etimad etdiyi bir fəqih və ravidir.

İmamların şəxsiyyəti istər əxlaqi baxımdan olsun, istərsə də elmi baxımdan, hətta əhli-sünnənin qəbul etdiyi ən sadə ölçü və meyarlara əsasən də hər kəsdən üstündür. Bu səbəbdən, əhli-sünnənin ən qədim “rical” alimlərindən olan İcli imam Sadiqin (ə) adına çatdıqda belə yazır: “Cəfər ibn Mühəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib. Onlarda olan fəzilət və üstünlüklər heç kimdə yoxdur. Bu beş nəfər imamdır.” (“Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 196.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor