RSS
 

Login:
Şifrə:
» » Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (birinci hissə)

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (birinci hissə)

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 20-02-2016, 10:10 | Şərh sayı: (0) | Baxılıb: 2647

Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (birinci hissə)


Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (birinci hissə) İmam Zamanın (ə.f) qeybə çəkilməsi barədə həm Peyğəmbər (s), həm də məsum İmamlardan (ə) çoxlu sayda hədislər nəql olunmuşdur. Bu hədislərdən bəziləri qeybəçəkilmənin gerçəkləşəcəyi,[1] bəziləri isə onun müddətinin uzunmüddətli olacağı[2] barədədir. Qeybəçəkilmənin əsl fəlsəfəsi bəyan olunmasa da, hətta həmin hədislərin bəzilərində onun bir çox hikmət və faydalarına da işarə olunur. Hədislərdə qeybəçəkilmənin hikməti və fəlsəfəsi tam və həqiqəti ilə açıqlanmasa da, bu işin arxasında böyük bir hikmətin durması açıq-aşkardır. Çünki hikmət sahibi olan Allah heç vaxt əbəs, faydasız və bihudə bir iş görməz. Hədislərin bəzilərində isə zühur öncəsi şərait və vəziyyətdən söhbət açılır.
Siqətul-İslam Kuleyni, Şeyx Səduq, Şeyx Təbərsi, Əllamə Məclisi və s. alim və fəqihlər qeybəçəkilmənin hikməti və fəlsəfəsi barədə bəzən öz çıxarışları və fikirlərini, bəzən isə hədislərin mətnlərində qeyd olunan hikmətləri bəyan etmişlər.
Bu yazıda nəticə əldə etmək üçün qeybəçəkilmənin səbəblərini bəyan edən hədislərə işarə edib onları sənəd və məna baxımından araşdıracağıq. Buna görə də araşdırmanı üç mərhələdə həyata keçirəcəyik.
Birinci mərhələ. Hədislərdə qeybəçəkilmənin səbəbi
Hədislərdə qeybəçəkilmənin müxtəlif səbəblərinə işarə olunub. Onları səkkiz kateqoriyaya bölmək mümkündür:

1. Allah-taalanın peyğəmbərlərin (qeybəçəkilmə) ənənəsini İmam Mehdi (ə.f) barədə də icra etməsi;
حدثنا المظفر بن جعفر بن المظفر العلوی، قال حدثنا جعفر بن مسعود وحیدر بن محمد السمرقندی، جمیعا، قالا: حدثنا محمد بن مسعود، قال: حدثنا جبرئیل بن احمد عن موسی بن جعفر البغدادی، قال: حدثنی الحسن بن محمد الصیرفی، عن حنان بن سدیر، عن ابیه، عن ابی عبدالله علیه السلام، قال: ان للقائم منا غیبة یطول امدها.» . فقلت له: ولم ذاک، یابن رسول الله؟ قال: ان الله عزوجل ابی الا ان یجری فیه سنن الانبیاء علیهم السلام فی غیباتهم، وانه لابد له - یاسدیر - من استیفاء مدد غیباتهم . قال الله عزوجل: لترکبن طبقا عن طبق ای سننا علی من کان قبلکم
Hənnan ibn (Sədir) Sudeyr atasından İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Bizim Qaimimizin (ə.f) uzun sürən qeyb dövrü olacaqdır”. “Ey Peyğəmbər övladı! Bunun səbəbi nədir?” – deyə İmamdan (ə) soruşdum. “Allah-taala peyğəmbərlərin qeybəçəkilmə ənənəsini onda da (imamda) davam etdirməkdən başqa bir şey istəmir. Ey Sudeyr! Onların qeyb müddətlərinin sona çatması onun (qeyb müddəti) üçün də qaçılmazdır. Allah-taala buyurur: “Şübhəsiz, siz haldan-hala düşəcəksiniz!”[3], yəni sizdən öncəkilərin ənənəsi sizin üçün də həyata keçəcək”– deyə İmam (ə) cavab verdi.[4]
Bu barədə başqa hədis də nəql olunmuşdur ki, araşdırma əsnasında ona da işarə edəcəyik.

2. Allah-taalanın imamın zalım qövm arasında yaşamasını istəməməsi;
العطار، عن ابیه، عن الاشعری، عن احمد بن الحسین بن عمر، عن محمد بن عبدالله، عن مروان الانباری، (8) قال: خرج من ابی جعفر علیه السلام: ان الله اذا کره لنا جوار قوم نزعنا من بین اظهرهم
Mərvan Anbari nəql deyir: “Əbu Cəfər (ə) (İmam Baqir (ə) öz məktubunda) belə deyir: “Həqiqətən də, Allah-taala bizim bir qövmlə qonşuluğumuzu (bir qövmlə birlikdə yaşamağımızı) bəyənmədiyi zaman bizi onların hüzurundan (gözü qarşısından) ayırıb aparar“. [5]

محمد بن یحیی، عن جعفر بن محمد، عن احمد بن الحسین، عن محمد بن عبدالله، عن محمد بن الفرج عن ابوجعفر علیه السلام قال: اذا غضب الله تبارک وتعالی علی خلقه نحانا عن جوارهم
Muhəmməd ibn Fərəc[6] Əbu Cəfərin (ə) belə dediyini nəql edir: “Allah-taala yaratdıqlarına qəzəbləndiyi zaman bizi onların arasından uzaqlaşdırar”.[7]

3. Camaatı tənbeh etmək;
Muhəmməd ibn Fərəcin nəql etdiyi hədisdə deyilir: “Allahın qəzəbi qədirbilən olsunlar deyə, camaatı tənbeh etmək üçündür”.

4. İnsanları imtahan etmək;
حدثنا محمد بن الحسن بن الولید، قال: حدثنا محمد بن الحسن الصفار، عن احمد بن الحسین، عن عثمان بن عیسی، عن خالد بن نجیح، عن زرارة بن اعین، قال سمعت الصادق جعفر بن محمد صلی الله علیه و آله یقول: ان للقائم غیبة... ثم قال علیه السلام : وهو المنتظر الذی یشک الناس فی ولادته. فمنهم من یقول: اذا مات ابوه، مات ولاعقب له. ومنهم من یقول: قد ولد قبل وفاة ابیه بسنتین; لان الله عزوجل یحب ان یمتحن خلقه فعند ذلک یرتاب المبطلون
Zürarə ibn Əyun deyir: “İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Həqiqətən də, Qaim (ə.f) üçün qeyb dövrü vardır...” Sonra İmam (ə) dedi: “O həmin Müntəzərdir (intizarı çəkiləndir) ki, camaat onun doğulması barədə şəkk və tərəddüdə düşəcəkdir. Onlardan bəziləri atası (İmam Həsən Əskəri (ə)) “öldüyü zaman onun övladı yox idi”, bəziləri “atasının ölümündən iki il öncə dünyaya gəlib” deyəcək. Bu ona görə belədir ki, Allah-taala yaratdıqlarını imtahan etməyi sevir. Belə olan halda (bu zaman) batil düşüncə sahibləri (batil axtarışında olanlar) şəkkə düşərlər”.[8]
Bu və buna bənzər hədislər[9] qeybəçəkilmənin səbəbi kimi Allahın yaratdıqlarını imtahana çəkməsini göstərmişdir. Bu da Quran və din təlimləri ilə uyğun gələn bir məsələdir. Bunun araşdırılması barədə isə əvvəldə də dediyimiz kimi öz yerində söhbət açacağıq.

5. İmamın (ə.f) qətlə yetirilməsi qorxusu;
حدثنا محمد بن علی ما جیلویه، رضی الله عنه، عن ابیه، عن ابیه احمد بن ابی عبدالله البرقی، عن محمد بن ابی عمیر، عن ابان و غیره، عن ابی عبدالله علیه السلام قال: قال رسول الله صلی الله علیه و آله: لابد للغلام من غیبة. فقیل له: ولم یا رسول الله؟ قال: یخاف القتل
Aban və digərləri İmam Sadiqdən (ə) Peyğəmbərin (s) (İmam Mehdiyə (ə.f) işarə edərək) belə buyurduğunu nəql edir: “Oğlan üçün qeybəçəkilmə qaçılmazdır”. Soruşdular: “Ey Allahın Rəsulu (s)! Nə üçün qeybə çəkiləcək?” “Qətlə yetirilmə qorxusu olduğu üçün” – deyə Peyğəmbər (s) cavab verdi.[10]

ابن عبدوس، عن ابن قتیبه، عن حمدان بن سلیمان، عن محمد بن الحسین، عن ابن محبوب، عن علی بن رئاب، عن زرارة، قال: سمعت ابا جعفر علیه السلام یقول ان للقائم (15) غیبة قبل ظهوره. قلت: ولم؟ قال: یخاف - واو مابیده الی بطنه - قال زرارة: یعنی القتل
Zürarə nəql edir: “Əba Cəfərin (İmam Baqirin (ə)) belə dediyini eşitdim: “Həqiqətən, bizim Qaimimizin üçün zühurundan öncə bir qeyb (dövrü) vardır”. Dedim: “Niyə?” İmam əli ilə qarnını göstərib “qorxur” – deyə cavab verdi. Zürarə “yəni qətlə yetiriləcəyindən qorxur” – dedi.[11]
Nömaninin “Əl-Ğeybə” kitabında bu hədis Zürarədən başqa bir yolla İmam Sadiqə (ə) istinad edilərək qeyd edilmişdir.[12] Buna bənzər və qeybəçəkilmənin qeyd olunan səbəbinə işarə edən başqa hədislər də vardır.[13] Sadəcə məqalə yorucu olmasın deyə, biz onları qeyd etmirik.

6. Heç bir hakimə beyət etməməsi;
الطبرسی عن الکلینی، عن اسحاق بن یعقوب، انه ورد علیه من الناحیة المقدسة علی ید محمد بن عثمان: و اما علة ما وقع من الغیبة. فان الله عزوجل یقول: یا ایها الذین امنوا لا تسالوا عن اشیاء ان تبدلکم تسؤکم انه لم یکن احد من آبائی الا وقعت فی عنقه بیعة لطاغیة زمانه وانی اخرج حین اخرج ولابیعة لاحد من الطواغیت فی عنقی
Təbərsi “Əl-İhtitac” kitabında Mərhum Kuleynidən, o da İshaq ibn Yaqubdan bu mətləbin Muhəmməd ibn Osmanın vasitəsi ilə İmam Mehdi (ə.f) tərəfindən yetişdiyini nəql edərək deyir: “Lakin qeybəçəkilmənin və qeyb zamanı baş verəcək şeylərin səbəbinə gəlincə isə Allah-taala buyurur: “Ey iman gətirənlər, sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın”.[14] Bütün ata-babalarımın boynunda öz zamanlarının tağut hakimlərinin beyəti olmuşdur. Lakin mən zühur etdiyim zaman boynumda heç bir tağutun beyəti olmayacaq”.[15]

محمد بن یحیی، عن احمد بن محمد، عن الحسین بن سعید، عن ابن ابی عمیر، عن هشام بن سالم، عن ابی عبدالله علیه السلام قال: یقوم القائم ولیس لاحد فی عنقه عهد ولاعقد ولا بیعة
Haşim ibn Salim İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Qaim (ə.f) qiyam etdiyi zaman boynunda kimsənin beyəti, sövdələşməsi və əhd-peymanı[16] olmayacaq”. [17]
Qeybəçəkilmənin bu səbəbinə bir çox hədislərdə işarə olunub. Belə ki Şeyx Tusi “Kəmalüd-din” kitabnın 44-cü fəslində bu barədə 11 hədis nəql etmişdir ki, onların ilk beşi məhz bu səbəbi ehtiva etmişdir.

7. Kafir nəsillərdən möminlərin dünyaya gəlməməsi;
ابن مسرور، عن ابن عامر، عن عبدالله بن عامر، عن ابن ابی عمیر، عمن ذکره، عن ابی عبدالله علیه السلام قال: قلت له: ما بال امیرالمؤمنین علیه السلام لم یقاتل مخالفیه فی الاول؟ قال: لایة فی کتاب الله عزوجل لو تزیلوا لعذبنا الذین کفروا منهم عذابا الیما. قال: قلت: وما یعنی بتزایلهم؟ قال: «ودائع مؤمنین فی اصلاب قوم کافرین، وکذالک القائم علیه السلام، لن یظهر ابدا حتی تخرج ودایع الله عزوجل، فاذا خرجت ظهر علی من ظهر من اعداء الله ، فقتلهم
İbn Əbi Ümeyr İmam Sadiqdən (ə) nəql edir: Əba Əbdullaha (ə) (İmam Sadiqdən (ə)) dedim: “Nə üçün Əmirəl-möminin (ə) əvvəldə onunla müxalifətçilik edənlərlə müharibə etmədi? “Allahın kitabındakı “Əgər onlar (möminlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!” ayəsinə əsasən” – deyə İmam (ə) cavab verdi. “Seçilib ayrılmaq deyildikdə nə nəzərdə tutulub?” – deyə İmamdan (ə) soruşdum. İmam (ə) cavab verdi: “Kafirlərin sülbündə əmanət qoyulmuş möminlərin nütfəsinin ayrılması və seçilməsi nəzərdə tutulub. Buna görə də Allahın əmanət qoyduqları (kafirlərin sülbündən dünyaya gələcək möminlər) zahir olmadıqca Qaim (ə.f) zühur etməyəcək. Elə isə Allah düşmənlərinin sülbündəki möminlər dünyaya gəldikləri (kafirlərin sülbündən ayrıldıqları) zaman Qaim də (ə.f) zühur edib Allah düşmənlərini qətlə yetirəcək”.[18]
Şeyx Səduq “İləlüş-şərayi” kitabında bu hədisi başqa bir sənədlə (İmam Sadiqə (ə) istinad verilən İbrahim Kərxinin nəqlinə əsasən) qeyd etmişdir. [19]

8. Qeybəçəkilmənin sirri Allahdan başqasına məlum deyildir;
ابن عبدوس، عن ابن قتیبة، عن حمدان بن سلیمان، عن احمد بن عبدالله بن جعفر المدائنی، عن عبدالله بن الفضل الهاشمی، قال: سمعت الصادق جعفر بن محمد علیهم السلام یقول: ان لصاحب هذا الامر غیبة لابد منها یرتاب فیها کل مبطل. فقلت له: ولم جعلت فداک؟ قال: لامر لم یؤذن لنا فی کشفه لکم. قلت: فما وجه الحکمة فی غیبته؟ فقال: وجه الحکمة فی غیبته وجه الحکمة فی غیبات من تقدمه من حجج الله تعالی ذکره. ان وجه الحکمة فی ذلک لا ینکشف الا بعد ظهوره کما لا ینکشف وجه الحکمة فیما اتاه الخضر علیه السلام من خرق السفینة، وقتل الغلام، واقامة الجدار لموسی علیه السلام الی وقت افتراقهما یابن الفضل! ان هذا الامر امر من امر الله وسر من سر الله وغیب من غیب الله ومتی علمنا انه عزوجل حکیم، صدقنا بان افعاله کلها حکمة، وان کان وجهها غیر منکشف
Abdullah ibn Fəzl Haşimi deyir: İmam Cəfər Sadiqdən (ə) belə buyurduğunu eşitdim: “İmam Zamanın (ə.f) qeybə çəkilməsi qaçılmazdır. (Batil düşüncə sahibləri) Bütün batil axtarışında olanlar bunda şəkkə düşəcəklər”. İmama (ə) dedim: “Sənə fəda olum! Nə üçün?” İmam (ə) buyurdu: “Sizlər üçün aşkar etməyimiz icazəli olmayan bir işə görə”. “Onun qeybəçəkilməsinin hikməti nədir?” – deyə soruşdum. “Ondan öncəki ilahi bələdçilərin (Allah höccətlərinin) qeybəçəkilməsinin hikməti nə idisə, onun da qeybinin hikməti odur. Musa peyğəmbərə (ə) Həzrət Xızrın (ə) gəmini dəlməsinin, oğlan uşağını öldürməsinin və divarı ucaltmasının hikməti ondan ayrılandan sonra məlum olduğu kimi, onun qeybəçəkilməsinin hikməti də zühurundan sonra aşkarlanacaq. Ey Fəzlin oğlu! Bu iş Allahın işlərindən, Onun sirlərindən və onun qeybindən biridir. Allahın hikmət sahibi olduğunu bildiyimiz andan Onun bütün işlərinin hikmət əsasında olduğunu təsdiqləmişik. Hərçənd bu işlərin səbəbləri bizim üçün aşkar olmasa da belə”. [20]
Bu mərhələdə qeybəçəkilmənin səbəblərini bəyan edən hədislərə işarə edərək onları kateqoriyaya bölməyə çalışdıq. Amma bu səbəblərin araşdırılmasını digər mərhələlərdə həyata keçirəcəyik.



[1] Biharül-ənvar, c/52, səh/90, hədis/3
[2] Həmin mənbə, hədis/4
[3] İnşiqaq/19
[4] İləlüş-şərayi, c/1, səh/245, hədis/7, Kəmalüd-din, səh/481, Hər iki kitabın müəllifi Şeyx Səduqdur. Əllamə Məclisi hər iki kitabdakı hədisi (Biharül-ənvar, c/52. səh/90) nəql edir. “Müntəxəbül-əsər” (səh/326, hədis/18) kitabındakı hədis isə “Biharül-ənvar” kitabından, onda olan hədis isə “Uyun əl-əxbarur-Rza” kitabından nəql olunur.
[5] “İləlüş-şərayi“ (c/1, səh/285, fəsil/179, hədis/2) və “Biharül-ənvar“da (c/52, səh/90, hədis/2) hədisin İmam Cavad (ə) tərəfindən nəql olunması ehtimal olunur.
[6] Əllamə Hilli və Şeyx Tusi: “Muhəmməd ibn Fərəc ər-Rəxci etimadlı şəxs (siqə) və İmam Rzanın (ə) səhabələrindəndir”. Həmçinin Şeyx Tusi onun İmam Cavad (ə) və İmam Hadinin (ə) də səhabələrindən biri olduğunu qeyd etmişdir.
Nəcaşi deyir: “O, Əbülhəsən Musadan (ə) hədislər nəql etmişdir. Şeyx Müfid də “İrşad” kitabında onun uca məqamına dəlalət edən şeylərdən söz açaraq mədh etmişdir. “Vəsailüş-şiə“, c/20, səh/339. Mərhum Xoyi “əl-Möcəm” kitabında deyir: “O, İmam Cavaddan (ə) nəql etmişdir”. “Əl-möcəm“, c/17, səh/132. Məlum olur ki, “Bu Cəfər” deyildikdə İmam Cavad (ə) nəzərdə tutulub. Başqa bir ehtimal isə ravinin İmam Sadiqin (ə) səhabələrindən olan Muhəmməd ibn Fərəc Kufi olmasıdır.
[7] Üsuli-Kafi, c/1, səh/343, “əl-ğeybə” fəslində, hədis/31, Miratul-uqul, c/4, səh/61, hədis/31
[8] Kəmalüd-din, c/2, səh/səh/346, fəsil/33, hədis/32, Biharül-ənvar, c/52, səh/95, hədis/8
[9] Üsuli-kafi, c/1, səh/326, “əl-ğeybə” fəslində, hədis/2 və 3, Miratul-uqul, c/4, səh/34, hədis/2 və səh/35, hədis/3, Biharül-ənvar, c/52, səh/95, hədis/10, İləlüş-şərayi, səh/286, hədis/4, Kəmalüd-din, səh/351, fəsil/34, hədis/1, Üsuli-Kafi, c/1, səh/376, “əl-ğeybə” fəslində
[10] İləlüş-şərayi, c/1, səh/284, fəsil/79, hədis/1, Biharül-ənvar, c/52, səh/90, hədis/1
[11] Biharül-ənvar, c/52, səh/91, hədis/5
[12] Nömani, Əl-Ğeybə, səh/177, fəsil/10, hədis/21
[13] Kəmalüd-din, c/2, səh/481, fəsil/44, hədis/7, 8, 9, 10, səh/346, fəsil/33, hədis/32, İləlüş-şərayi, səh/243, fəsi179, hədis/8, Üsuli-kafi, c/1, səh/378, “əl-ğeybə” fəslində, hədis/5, səh/379, hədis/9, səh/382, hədis/18 və 29, Biharül-ənvar, c/52, səh/91, hədis/5, səh/96, hədis/16, səh/97, hədis/17,18,19,20, səh/98, hədis/21,22, Nömani, Əl-Ğeybə, səh/172, fəsil/10, hədis/6, səh/176, fəsil/10, hədis/18,19,20, səh
[14] Maidə/101
[15] Əl-İhticac, c/2, səh/285, Kəmalüd-din, c/2, səh/485, fəsi/45, hədis/4, Biharül-ənvar, c/52, səh/92, hədis/7
[16] “Beyət”, “əhd” və “sövdələşmə” biri-birinə yaxın mənaları ehtiva edən sözlərdir. Hədisdə bu kəlmələrin yanaşı işlədilməsi bir növ təkiddir. Yəni İmamın (ə.f) zalım hakimlərlə bütün növ əhd-peyman, sövdələşməsinin qeyri-mümkünlüyü ehtimal edilir. Yəni hədisdə “əhd-peyman və sövdələşmə” deyildikdə müəyyən siyasi və ictimai səbəblər üzündən İmam Rza (ə) kimi vəliəhdliyin qəbul edilməsi və yaxud da İmam Həsən (ə) kimi sülh sövdələşməsinin imzalanmasına bənzər bir əhd və sövdələşmədən söhbət gedir. “Beyət” deyildikdə isə hansısa zalım hakimin zahiri xilafətinin təsdiq edilməsi nəzərdə tutulur.
[17] Üsili-kafi, c/1, “əl-ğeybə”fəsli, səh/384, hədis/27, Miratul-uqul, c/4, səh/53, hədis/27
[18] Biharül-ənvar, c/52, səh/97, hədis/19
[19] İləlüş-Şərayi, c/1, səh/147
[20] Kəmalüd-din, c/2, səh/481, fəsl/44, hədis/11, İləlüş-şərayi, c/1, səh/287, fəsil/ 179, Biharül-ənvar, c/52, səh/91, Hədis/4,8, Müntəxəbül-əsər, fəsil/28, səh/330, hədis/1



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor