Dini kitablarda adı çəkilən Şeyxüt-taifə Tusi elə Nəsirəddin Tusidirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 3-02-2016, 03:19 | Şərh sayı: (0) | Baxılıb: 338
Dini kitablarda adı çəkilən Şeyxüt-taifə Tusi elə Nəsirəddin Tusidirmi?
Sual: Dini kitablarda adı çəkilən Şeyxüt-taifə Tusi elə Nəsirəddin Tusidirmi?
Cavab: Cəfəri məzhəbinin tarixində iki məşhur Tusi olub. Bunlardan biri XI əsrdə yaşamış Şeyx Əbu Cəfər Mühəmməd ibn Həsən Tusidir. Cəfəri məzhəbinin inkişafında müstəsna xidmətlərinə görə ona “şeyxüt-taifə”, yəni “tayfanın, məzhəbin şeyxi” ləqəbini vernişlər. Şeyx Tusi fiqh, üsuli-fiqh, kəlam, təfsir, əqaid, hədis və rical elmlərində misilsiz bacarıq sahibi idi. Şiə məzhəbinin dörd əsas hədis kitabından ikisini o tərtib etmişdir.
İkinci böyük alim isə ondan iki əsr sonra – XIII əsrdə yaşamış Əbu Cəfər Nəsirəddin Mühəmməd ibn Mühəmməd Tusidir. O, dini və dünyəvi elmlərin bir çox sahələrində ensiklopedik biliyə malik olmuşdur. Məsul dövlət vəzifələrində çalışmış, Marağada məşhur rəsədxananı yaratmışdı. Onu “Xacə Tusi” və ya “Nəsirəddin Tusi” kimi tanıyırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər