AMİP rəhbərindən ilginc inqilab açıqlaması |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 12:47 | Şərh sayı: (0) | Baxılıb: 262
AMİP rəhbərindən ilginc inqilab açıqlaması
“Hadisələrin inqilaba aparıb çıxaracağını da istisna etmək olmaz”
“Ölkədə hazırda mövcud olan sosial-iqtisadi böhran eyni zamanda siyasi böhran kimi də qiymətləndirilməlidir”. AMİP-in müvəqqəti sədri, baş katib Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında belə deyib. A.Əlizadə fikrini bununla izah etdi ki, ölkədə hazırkı iqtisadi böhranın yaranmasında dünyada baş verən proseslərlə yanaşı Azərbaycan hökumətinin yarıtmaz iqtisadi siyasəti də mühüm rol oynayıb.
Son 10 il ərzində neft satışından əldə olunan vəsaitlər səmərəsiz istifadə olunub, qeyri-neft sektorunun inkişafına sərmayə qoyulmayıb, gömrük-vergi sistemində mövcud olan korrupsiya, rüşvət, şəffaflığın olmaması, monopoliyanın mövcudluğu və s. neqativ faktorlar sahibkarlığın inkişafına ciddi əngəllər törədib.
Nəticə etibarı ilə faktiki olaraq bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətə düşüb: “Azərbaycan xalqı indi bütün bunların əziyyətini çəkir. Ən acınacaqlısı isə odur ki, hökumətin real antiböhran proqramı yoxdur və mövcud komanda ilə hazırkı durumdan çıxılacağı mümkün görünmür. Belə olan halda nə qədər arzuolunmaz olsa da, hadisələrin inqilaba aparıb çıxaracağını da istisna etmək olmaz. Ölkə müxalifətinin inqilabi vəziyyətə hazır olmağına gəldikdə isə görünən odur ki, müxalifət daha çox gözləmə mövqeyindədir və bir növ proseslərin ardınca irəliləyən qüvvə təsiri bağışlayır”.
A.Əlizadə bununla belə, vurğuladı ki, vəziyyət kritik həddə çatacağı təqdirdə müxalifətin hadisələrin önünə keçəcəyi qaçılmaz olacaq. Onun sözlərinə görə, bu zaman hətta hakimiyyət daxilindən də hər hansı güc mərkəzinin öz gələcəyini qarantiyaya almaq şərti ilə müxalifətin müəyyən bir qanadına dəstək verilməsinin də şahidi ola bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər