Prezident İlham Əliyev: "İşsizlik 5 faiz səviyyəsinə düşüb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 07:49 | Şərh sayı: (0) | Baxılıb: 298
Prezident İlham Əliyev: "İşsizlik 5 faiz səviyyəsinə düşüb"
Prezident İlham Əliyevə məxsus "Twitter" hesabından qısa mesajlar paylaşılıb.
Hazırda Davos İqtisadi Formunda olan İ.Əliyev Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirdiyini bildirib.
Ölkə başçısı “Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmış, yoxsulluq və işsizlik 5 faiz səviyyəsinə düşmüşdür" - deyə qeyd edib.
Prezident hazırkı dövrdə Azərbaycanda iqtisadi islahatların davam etdirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.
İ.Əliyev vurğulayıb ki, qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici sahəsidir: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 70 faiz təşkil edir”.
Ölkə başçısı Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifənin makroiqtisadi sabitliyi təmin etmək, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdan ibarət olduğunu bildirib: “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq, ölkələri və qitələri birləşdirir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər