Qubada etiraz aksiyası keçirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 278
Qubada etiraz aksiyası keçirilib
Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.
"Azadlıq" radiosunun məlumatına görə, aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.
Hazırda polis ərazini aksiyaçılardan təmizləməyə çalışır.
Bundan bir neçə saat əvvəl polis xəbər yayıb ki, onlara Quba Cümə məscidinə bomba qoyulması haqda məlumat daxil olub.
Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.
Axtarış nəticəsində məsciddə partlayıcı qurğu tapılmayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər