Şahdağ Milli qoruğunda müəmmalı yanğın |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 14:05 | Şərh sayı: (0) | Baxılıb: 342
Şahdağ Milli qoruğunda müəmmalı yanğın
Bu gün Quba rayonunda yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.
Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində noyabrın 26-da səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.
Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.
Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır.
Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər