Lənkəran, Ağcabədi və Siyəzəndə bahalaşma əleyhinə etiraz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 22:13 | Şərh sayı: (0) | Baxılıb: 1275
Lənkəran, Ağcabədi və Siyəzəndə bahalaşma əleyhinə etiraz
Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev xəbər verir ki, polis hələ də aksiya iştirakçılarını Bakı-Astara yolundan tam uzaqlaşdıra bilməyib:
«Polis istədi bir neçə nəfər tutub aparsın, aksiya iştirakçıları buna imkan vermədi. Yolda hələ də bəzi insanlar və onların gətirdiyi maşınlar qalır».
«ARVADIN, UŞAQLARIN GÖZÜNÜN İÇİNƏ BAXA BİLMİRİK»
Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər:
«Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyin baş alıb getməsinə etiraz edirlər. Bəs deyirdilər ki, Azərbaycan neftdən asılı deyil, qeyri-neft sektoru inkişaf edib. Bəs nə oldu?».
Aksiya iştirakçılarından biri isə AzadlıqRadiosuna deyib ki, artıq yaşaya bilmirlər:
«Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».
İman Əliyev deyib ki, hadisə yerinə polislər gəlib. Onlar aksiyanı dağıtmağa çalışırlar. İman Əliyevin sözlərinə görə, ötən ilin fevralında birinci devalvasiya zamanı da Liman sakinləri yolu bağlayıblar. Onun müraciətindən sonra aksiya dayandırılıb:
«Onda həm əhali, həm də yerli hakimiyyət orqanları məni qınadı. Sadə insanlar məni qınadılar ki, bizim qarşımızı niyə alırsan? Yerli hakimiyyət orqanları da aksiyanın təşkilatçılığını üstümə atıb, məni tutmaq istəyirdilər. Bugünkü aksiya da kortəbii, əhalinin öz istəyi ilə keçirilir».
MeydanTV-nin məlumatına görə, eyni şüarlarla aksiyalar Siyəzən və Ağcabədi rayonlarında da keçirilib. Siyəzəndə rayon icra başçısı Asif Hüseynov hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər və öz deputatlarını tələb ediblər. Gəlmədikdə səhərə qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ağcabədidən aksiyaçıların bildirdiyinə görə isə 3 nəfər etirazçı intihar etməyə cəhd edib. Sakinlər bunun qarşısını alıblar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər