Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 450
Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib”

Siyəzən rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev APA-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər: "Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər".
Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov vətəndaşları qəbul edib: "Görüşdə rayon sakinləri 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyiblər. Sabah saat 09:00-da rayonun Mədəniyyət sarayında görüş keçirilməsi planlaşdırılıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər