Siyəzəndə etiraz aksiyası: İcra başçısı sakinlərin şikayətlərini dinləyib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 17:21 | Şərh sayı: (0) | Baxılıb: 1198
Siyəzəndə etiraz aksiyası: İcra başçısı sakinlərin şikayətlərini dinləyib
Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib.
Bu barədə məlumatı musavat.com-a rayon sakinləri veriblər.
Aksiyanın keçirilməsinə səbəbi kimi devalvasiyadan sonra baş verən bahalaşma göstərilir. Rayon sakinləri bəzi iş yerlərinin bağlanmasına da etiraz ediblər.
Rayon sakinlərinin vediyi məlumata görə, bir neçə dövlət idarəsində də dekabr ayından etibarən maaşlar verilmir.
Hadisə ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxladıq.
Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova musavat.com-a bildirdi ki, aksiyanın keçirilməsinin səbəbləri haqda məlumatları yoxdur.
T.Bəxtiyarova bildirdi ki, hazırda icra başçısı Asif Hüseynov sakinlərin şikayətini dinləmək üçün onların qarşısına çıxıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər